Almaniyanın Axen Şeheri Şimali Reyn Westfaliya əyaləti haqqında - -FOTOREPORTAJ -Ceyhun Memmedov (AZpress.AZ)

Almaniyanın Axen Şeheri Şimali Reyn Westfaliya əyaləti haqqında -FOTOREPORTAJ -Ceyhun Memmedov (AZpress.AZ)

 Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətində Hollandiya ve Belçika ilə sərhəd bölgədə yerləşən ən qədim ,tarixi Axen şəhərindən biridir.
Axen Şəhərinin sahəsi 160,85 km² ,Əhalisinin sayı  247.380 nəfərdir.

Axenin quruluşu, mineral bulaqlar səbəbiylə şəhəri quran və ehtimal ki "Apollo Granus"un adını Aquisgranum adlandıran Romalılar dövrünə təsadüf edir. Aquis granum Latın dilində "acı su" mənasını verir. İlk dəfə bu mənbələrdən imperator Aleksandr Severin adı çəkilir.
Axen eramızın 1-ci əsrinə aid Qədim Roma yaşayış məskəni Akve Qranninin yerində salınmışdır. 8-ci əsrin sonunda Frank imperiyasının paytaxtı, orta əsrlərdə isə mədəni və siyasi mərkəzi olmuşdur.
1562-ci ildə kralların tacqoyma mərasimi Frankfurt-Mayn şəhərinə köçürüldükdən sonra tənəzzülə uğramışdır. 1794-cü ildə fransızlar tərəfindən işğal olunan Axen Vyana konqresinin qərarı ilə Prussiyanın ərazisinə qatılmışdır.
. 1871-ci ildən Almaniyanın tərkibindədir.
1943–45-ci illərdə böyük dağıntılara məruz qalmışdır.II Dünya Müharibəsi zamanı Axen ABŞ Ordusu tərəfindən alındı və anti-Hitler koalisiyası qüvvələri tərəfindən alınan ilk Alman şəhəri olub.

Axen tələbələr şəhəridir, şəhərin mərkəzi hissəsi Axen Ren-Vestfaliya Texniki Universitetinin (RWTH) binalarının demək olar ki yarısıdır.

1924-cü ildən bəri şəhər dünyanın ən nüfuzlu atçılıq yarışması sayılan CHIO Aachen festivalına ev sahibliyi edir.
2008-ci ildə Rusiya Federasiyası festivalın tərəfdaş ölkəsi olub.

İlk tramvay xətti Axen şəhərində  1880-ci ilin dekabrında açılıb.1895-ci ildə elektrikləşdirildikdən sonra maksimum 213,5 kilometrə  çatdı. 1915-ci ildə Almaniyada ən uzun 4-cü tramvay sistemi idi. Qərbi Avropadakı bir çox tramvay sistemləri kimi, Axen tramvayı da zəif infrastruktur baxımından əziyyət çəkirdi və yerli siyasətçilər tərəfindən lazımsız və eyni zamanda sürücülərə maneə kimi görülürdü. 28 sentyabr 1974-cü ildə, 15 nömrəli son tramvay xətti (Vaals-Brand) son marşrutunu etdi və bundan sonra avtobus xətti ilə əvəz olundu.

Qeyd edəkki 2016 ci ilden fəaliyyətə başlayan Maskva Berlin Parij qatari Axen şəhərindən keçir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !