"Söz taxtının xaqanı"adlı film Xaqanini xalqa yaxşı tanıdacaq... - -Rafael Hüseynov deyir (FOTO=48))

"Söz taxtının xaqanı"adlı film Xaqanini xalqa yaxşı tanıdacaq... -Rafael Hüseynov deyir (FOTO=48))

ÇƏKİLİŞİN BİR GÜNÜ
Azərbaycan Televiziyasının Bədii və sənədli filmlər studiyası xətti ilə çəkilişlərinə başladığımız və böyük Azərbaycan şairi Xaqani Şirvaniyə həsr edilən “Söz taxtının xaqanı” adlı filmin sentyabrın 11-dəki iş günü də gərgin keçdi.
Səhər 10-dan başladıq axşam 18-dən sonra yekunlaşdırdıq.
Nəyi nəzərdə tutmuşduqsa, hamısını uğurla çəkdik və təqribən 8 saatlıq bu zəhmət nəhayətdə filmin 7-8 dəqiqəsinə çevriləcək.
Hazır filmdəki həmin 7-8 dəqiqə üçün hələ bundan sonra azı iki o qədər də vaxt sərf ediləcək.
Hələ bu ona görə belə nisbətən az zaman alır ki, mən işin tam içindəyəm, hər şeyi irəlicədən dəqiq planlaşdırmışam, sonu da əvvəlcədən təsəvvür edirəm.
Yəni mətn də, quruluş da, montaj da bir əldən çıxdığına görə əslində vaxta xeyli qənaət etmiş oluruq.
Nabələd adama filmdəki təmiz bir neçə dəqiqə üçün bir neçə gün uzunluqlu aramsız iş saatlarının sərf edilməsi bəlkə də çox görünə bilər.
Amma kino mətbəxinə bələd olanlar yaxşı bilir ki, elə bu adi rejimdir.
Tək kino üçün yox ki!
Məgər Xaqaninin özünün artıq doqquz əsr boyunca yaşamaqda olan ölməz misralarının hamısımı elə qəfilcə, bir oturuma yazılıb?
Elə sətri, elə beyti olub ki, bəzən on dəfələrlə yazıb, pozub, cilalayıb, misranın, sözlərin düzümünün ürəyi istəyən kimi alınması üçün neçə gecəni yuxusuz qalıb...
Bizim filmin ömrü nə qədər olacaq, söyləmə çətin..
Ancaq onu bilirəm ki, söz tariximizdə bunca parlaq izi, uca məqamı olan misilsiz Xaqanini xalqa daha yaxşı tanıtdırmaq üçün hər halda faydasını verə biləcək.. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !