BDU-nun müəllimi beynəlxalq konqresdə iştirak edib - - FOTO

BDU-nun müəllimi beynəlxalq konqresdə iştirak edib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayılova İstanbul Mədəniyyət, Sakarya və Kazan Federal Universitetlərinin təşkilatçılığı ilə keçirilən “Türk dilinin xarici dil kimi tədrisi” (6th International Congress  of Teaching Turkish as a Foreign Language) adlı VI  Beynəlxalq virtual elmi konqresdə iştirak edib.



Rusiya, Türkiyə, Azərbaycan, Kanada, Norveçdən olan alimlərin iştirak etdiyi konqresdə Təranə İsmayılova “Qurana əsaslanan türk və ərəb dillərində müqayisəli islam-müsəlman nitq etiketləri” (“Kuran Temelinde Türkçe ve Arapça Karşılaştırmalı İslam-Müslüman Konuşma Biçimleri”) adlı məruzə ilə çıxış edib. Məruzəçi, həmçinin türk dilinin təbliği üçün Azərbaycanda, o cümlədən Bakı Dövlət Universitetində yaradılan şəraitdən, yetişdirilən mütəxəssislərin fəaliyyəti barəsində də məlumat verib.
 


Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:



http://www.icotfl.sakarya.edu.tr/

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !