İmmuniteti gücləndirməyin 5 yolu -

İmmuniteti gücləndirməyin 5 yolu

“Tamamilə xəstələnmək təhlükəsi sovuşana qədər,isti günlərin gəlməsini gözləməklə evdə oturmaq istəmirəm!”- düşünürsüzsə, belə çətin bir zamanda orqanizminizə kömək edəcək məhsullar haqqında danışırıq.
Dəniz yosunları

"Superfood"lardan başlayaq. Daha dəqiq dəsək, xlorella adı ilə hamıya məlum olan yaşıl yosunlar. Təxminən 650 komponentdən ibarətdir və hamısı vacib amin turşuları, yağ turşuları, qiymətli vitaminlər və minerallarla zəngindir. Xlorella xəstəliklərin qarşısının alınması, xüsusən rafinli qidaların həddindən artıq qəbulu, ətraf mühitin çirklənməsi və vitamin azlığından əziyyət çəkənlər üçün əladır.
Təzə sıxılmış şirələr
Təzə sıxılmış şirələr həmişə yaxşıdır. Yazda onlar vitamin çatışmazlığı ilə çətin mübarizədə köməkçi vasitədir.
Dadlı olmaqla bərabər, lazımlı vitaminlər kifayət qədərdir. Ən yaxşıların siyahısında yerkökü, portağal, çuğundur, zəncəfil, alma, ispanaq, limon, ananas və kərəvizdən təzə sıxılmış şirələr var. Yeri gəlmişkən, yerkökü orqanizmin yoluxucu xəstəliklərə qarşı müqavimətini artırır, çuğundur toksinləri çıxarır, portağal soyuqdəyməyə kömək edir.
Yoqurtlar
Yoqurtlar əsl vitamin anbarıdır və "canlı" yoqurtlar ikiqat artıq depo deməkdir. Sağlam mikrofloranın mübarizəsində onlar əvəzolunmazdır.
Laktozalı qidalar sevmirsinizsə, menyunuzda qatığa üstünlük verin. Menyuda qatığa üstünlük verməklə, soyuqdəymədən də qorxmursunuz. Əgər onsuz da xəstəsənsə, qatıqdan istifadə bərpa prosesini daha da sürətləndirəcək.
Göbələklər
Göbələklər uzun müddətdir müalicəvi xüsusiyyətləri iləseçilir. Göbələklər Şərqdə xüsusilə təqdir edilirdi və möcüzəvi və dərman məhsulları siyahısına daxil edilmişdi. Stimulyasiyaedici bir təsirə malikdirlər, yorğunluq və depressiya ilə də mübarizə aparırlar.
Sarıkök
Nəhayət, sarıkök. Bu şərq ədviyyatı iltihab əleyhinə təsir göstərir və yoluxucu infeksiyalarla mübarizə apararaq xəstəliklərin qarşısını alır.//medicina.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !