Orxan Fikrətoğlu dənizə hava almağa getdi və təəsüflə geri qayıtdı... -

Orxan Fikrətoğlu dənizə hava almağa getdi və təəsüflə geri qayıtdı...

Nardarana getmişdim.Hava almağa.
Gözümü açandan çimdiyim Nardaran dənizi çimərliyini hardansa kənarlardan gəlib hissə hissə Sibrizdən Ləəşin dambasına qədər bölmüş adamların antisanitar,antiinsanı “obyektlərini” görüb heç hava da almaq istəmədim.
Maşınları kasıb toyu interyerinə oxşayan taxta arakəsmələrin arasına soxub, köhnə paslı manqallarda “vobla” kababı bişirirdilər.
Karantin əzabını sentyabr günəşində arıdan ağappaq kişilər və karantin köklüyündən əzab çəkən xanımlar pullu çimərlikdə ora bura gəzişirdilər.
Bosxun tablolarını xatırladım.
Nədənsə yadıma Afrika mənzərələri düşdü.
İndi bunun adı nədir bilmirəm.
Amma dəqiq onu görürəm ki, daha mənim bildiyim və sevdiyim,uşaqlığımın keçdiyi Nardaran yoxdur.Bu isə o deməkdir ki daha Nardaranın kütümü,şirəqum əncili və qara şanısı da yoxdur.
Əvəzində qoyunun qığından belə pul qazanmaq istəyən bir yığın hambal keçmişli alverçilər klubu var.
Axırı dözməyib iradlarımı dənizi taxta çəpərə bölmüşlərdən birinə dedim.
Dedi ki “ Orxan müəllim mən də icraya nə bilim bütün gəlib gedənlərə pul verirəm də,neynim?”
Qardaş neynirsən elə,sən allah mənim xatirələrimə və Azərbaycanın milli sərvətinə dəymə...
Qoy bizim uşaqların heç olmasa xatirəsi olsun... 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !