Quxurda kənd orta məktəbində təmir işlərinin oktyabrda bitməsi planlaşdırılır - -Azər Badamov təqdim edir (FOTO=9)

Quxurda kənd orta məktəbində təmir işlərinin oktyabrda bitməsi planlaşdırılır -Azər Badamov təqdim edir (FOTO=9)

2019-cu ildə 2020-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı tərəfimizdən Quxuroba kənd tam orta məktəbin əsalı təmirə ehtiyac olması ilə bağlı məsələ qaldırmışdım. Təhsil Naziri dərhal reaksiya verərək məktəb binasının əsaslı təmirinə başladı. Bu gün isə həmin məktəb binasında gedən tikinti işləri ilə tanış olduq. İş icraçısı bildirdi ki, elektrikin verilişində mütəmadi kəsintilər olduğuna görə təmir işləri yubanır. Tərəfimizdən dərhal işıq idarəsinin rəisi ilə əlaqə saxlanıldı və tikintini fasiləsiz işıqla təmin olunmasını xahiş etdik. İşıq idarəsinin rəisi bu gündən sonra tikintu aparılan ərazini fasiləsiz işıqla təmin edəcəklərini və bu məsələyə şəxsən nəzarət edəcəyini bildirdi. Bütün işlər öz axarınca getsə Məktəbin açılışı oktyabrın sonuna planlaşdırılır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !