AzTV-də Rəsulzadənin real görüntülərinin yer aldığı filmi nümayiş olunacaq - -VİDEO

AzTV-də Rəsulzadənin real görüntülərinin yer aldığı filmi nümayiş olunacaq -VİDEO

Azərbaycan Televiziyasında Qafqaz İslam Ordusunun Bakı zəfəri ilə bağlı sənədli filmin premyerası olacaq.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Qafqaz İslam Ordusu” adlı sənədli sentyabrın 14-ü saat 21:30-da yayımlanacaq.

 

Sənədli filmdə tarixi hadisələrin bəziləri obrazlı formada nümayiş olunacaq.

 

Filmdə real görüntülərdən də istifadə olunub. Belə ki, “Qafqaz İslam Ordusu”nda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin də real görüntüləri yer alıb. Bu görüntülər ilk dəfə AzTV-nin “Tarixin izi ilə” verilişində yayımlanıb.

Sənədli filmi AzTV-nin ictimai-siyasi proqramlar redaksiyasının “Tarix” şöbəsi hazırlayıb.

“Qafqaz İslam Ordusu”nun ssenari müəllifi Mahir Qəribov, rejissoru Mehparə Nəcəfova, layihə rəhbəri isə Sərvər Bayramovdur.

Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !