Xalq artisti Murad Hüseynov UNESCO-nun dəstəyi ilə mötəbər festivalın qonağı olacaq - -FOTO+VİDEO=5

Xalq artisti Murad Hüseynov UNESCO-nun dəstəyi ilə mötəbər festivalın qonağı olacaq -FOTO+VİDEO=5

Xalq artisti , Beynəlxalq Muğam Mərkəzinin direktoru , tanınmış pianoçu Murad Hüseynov 16 -18 oktyabr tarixlərində Gürcüstanin Batumi şəhərində UNESCO-nun dəstəyi ilə keçiriləcək festivalda dünyanın tanınmış musiqiçiləri ilə birgə səhnəni bölüşəcək . Xalq artistinin çıxış edəcəyi festival gününün konsertini Baku Media Center lentə alacaq . Festivalın partnyorları sırasında həmçinin Bakı Media Mərkəz və Azərbaycanın İctimai Televiziyası da yer alır. Pianoçu festivalın formatına uyğun olaraq klassik əsərlərdən ibarət rəngarəng proqramla çıxış edəcək. Festivalın tərəfdaşları sırasında Gürcüstanın Pos TV telekanalı, İtaliyanın Gürcüstandakı səfirliyi, Michel Sogny “SOS Talents” fondu , Gürcüstan Fransa İnstitutu və digər beynəlxalq təşkilatlar yer alır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !