Dövlət Gömrük Komitəsi kütləvi informasiya vasitələrində gedən yazılara aydınlıq gətirdi -

Dövlət Gömrük Komitəsi kütləvi informasiya vasitələrində gedən yazılara aydınlıq gətirdi

Ötən gün bəzi kütləvi  informasiya vasitələrində Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində karantin qaydalarının kobud şəkildə pozulduğu və bu qaydaların pozulmasında idarə əməkdaşlarını günahlandıran yazılar dərc olunub. Eləcə də, guya avtomobil idxalı ilə məşğul olan sahibkarlara dolayı gömrük təmsilçiliyini həyata keçirən şirkətlərlə əməkdaşlıq  etməmələri üçün qeyri-rəsmi göstəriş verildiyi iddia edilən, həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
 

Dövlət Gömrük Komitəsi bildirir ki, qapalı məkanlarda yoluxma riskinin daha yüksək olduğu nəzərə alınaraq vətəndaşlara sosial məsafəyə riayət etməklə  binanın kənarında dayanmaları, növbə ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmaları və rəsmiləşdirmə proseslərini həyata keçirilmələri tövsiyə olunur. Buna baxmayaraq yenə də bəzi sahibkarlar verilən tövsiyələrə əməl etməyərək məsuliyyətsiz davranırlar.
 

Məlum yazıda guya avtomobil idxalı ilə məşğul olan sahibkarlara dolayı gömrük təmsilçiliyini həyata keçirən şirkətlərlə əməkdaşlıq  etməmələri üçün qeyri-rəsmi göstəriş verilməsi, hətta səsgücləndiricilərlə elan edilməsi iddiası isə gülüncdür. Tamamilə yalan və əsassız olan bu məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur. İdxal-ixrac əməliyyatlarını həyata keçirən hüquqi və fiziki şəxslər istənilən dolayı gömrük təmsilçiliyi ilə məşğul olan şirkətlərlə əməkdaşlıq etməkdə sərbəstdirlər  və bu onların hüququdur.
 

Dövlət Gömrük  Komitəsi  bir daha bütün media qurumlarını məlumat  yayımlayarkən diqqətli olmağa, həqiqətə uyğun olmayan, rəsmi təsdiqini tapmayan iddiaları dərc etməməyə çağırır.  
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !