Ağcabədidə 2 saylı körpələr evi- uşaq bağçası istifadəyə verilib - -FOTO=49 (AzpressAZ)Mais İbrahimov

Ağcabədidə 2 saylı körpələr evi- uşaq bağçası istifadəyə verilib -FOTO=49 (AzpressAZ)Mais İbrahimov

Ağcabədi şəhər 2 saylı körpələr evi-uşaq bağçası üçün inşa edilən 100 yerlik yeni bina istifadəyə verilib.
Pandemiya şəraitində karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov uşaqları, bağça kollektivini körpələr evi-uşaq bağçası istifadəyə verilməsi münasibətilə təbrik edib. Bildirib ki, uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər tikilir, əsaslı şəkildə yenidən qurulur. Ağcabədi şəhərində bu gün açılışı olan uşaq bağçası bu sahəyə dövlətin diqqət və qayğısının bariz nümunəsidir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və Milli Məclisin deputatı Aqil Abbas körpələr evi – uşaq bağçasında yaradılan şəraitlə tanış olublar. 100 yerlik uşaq bağçasında uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. İkimərtəbəli bina yataq, oyun, tibb, məşğələ, yemək, geyinib-soyunma, kompüter otaqları, musiqi və idman zalı, mətbəx və anbardan ibarətdir. Bağçanın həyətində abadlıq işləri aparılıb, oyun meydançası, söhbətgahlar tikilib. Burada altı yaş qurupu üzrə 115 uşağın təlim - tərbiyəsi ilə 12 nəfər tərbiyyəçi məşğul olacaq. Ümumiyyətlə, müəssisədə 28 nəfər çalışacaq.
Yeni körpələr evi – uşaq baxçasının tikilib istifadəyə verilməsi, həm valideyinlərin həm də kollektiv üzvünün sevincinə səbəb olub. Onlar göstərilən bu yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirirlər.
Mais Amin AZpress.AZ Ağcabədi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !