Qaraciyərə həyat verən tikanlı qanqal... -

Qaraciyərə həyat verən tikanlı qanqal...

Əsasən iyul və avqust ayında çiçək açır. Ömrü iki ilə qədərdir. Yığımı əziyyətli, özü tikanlı olsa da bu bitkinin insan orqanizminə faydaları böyükdür. Söhbət taxıl zəmiləri, yonca sahələri, xüsusilə yol kənarlarında yetişən qanqal bitkisindən gedir. Bu bitkinin çiçəkləri yaş olanda ətirli, qurudulduqda isə qoxusu tamamilə yox olur. Bəs hansı xəstəliklərə faydası var?
Yeməklərdə belə istifadə olunan qanqalın insan orqanizminə olan faydalarını təqdim edirik:
Həzm sistemini normallaşdırır
Qanqal tərkibində olan zəngin lif sayəsində həzm sistemini normallaşdırır, sinir sitemini bərpa edir və bədəndəki qanı təmizləyir.
Qaraciyər yağlanmasına kömək edir
Qanqal qaraciyər üçün olduqca faydalıdır. Qaraciyər yağlanması olan şəxslər həftədə iki dəfə qanqal bitkisini bişirərək yeyə bilərlər. Bundan başqa şəkərli diabet, sinə ağrısı, infarkt, mədə ağrısı, ishal və bronxitin müalicəsində istifadə olunur.
Böyrəklərin funksiyasını yaxşılaşdırır
Qanqal böyrəklərin funksiyasını yaxşılaşdıraraq sidik kanalındakı problemləri aradan qaldırmağa kömək edir. Bundan başqa həddindən çox alkoqol qəbulu və bəzi dərmanların səbəb olduğu öd kisəsi iltihabı xəstəliklərinə də müsbət təsir edir.
Qanqalın ən faydalı hissəsi onun toxumlarıdır. Qanqal toxumu dəmləməsi müxtəlif dəri xəstəlikləri, civzələr və sızanaqlardan azad olunmağa kömək edir. Babasildən əziyyət çəkən insanlar qanqal dəmləməsi ilə islatmalar istifadə edə bilərlər. Tənzif qanqal dəmləməsində isladılır və babasil düyünləri üzərinə qoyulur. yeniavaz.com 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !