Gülağa Tənha - - "Dərdin nazını çəkmə" kitab təqdimatı.

Gülağa Tənha - "Dərdin nazını çəkmə" kitab təqdimatı.

 Bu gündən etirabət xeyriyyəçi-şair Gülağa Tənhanın növbəti “Dərdin nazını çəkmə” adlı şeirlər kitabının təqdimat mərasimini təqdim ediləcəkdir. Anons da göründüyü kimi təqdimat böyük ziyafət şəkilində keçirilir və qonaqlar Azərbaycan elminin, incəsənətin inkişafında öz sözlərini demiş şəxsiyyətlər iştirak edirlər. Tarixi tədbir, şair Gülağa Tənhanın şeirlərindən parçalarla başlayır...

 

 

 

“Can Vətən!”

 

Dizimin taqəti, gözümün nuru,
Sevgimin əzəli odu – Vətəndi!
Tanrı ruzisidi, bərəkətimdi,
Tamımdı, ağzımın dadı Vətəndi!
Vətəndi ömrümə yazılan anlar,
İlimin, ayımın adı – Vətəndi!
Vətən,
tamahının qulu olanlar
Sənin dar günündə,
ağır günündə
Yel əsən tərəfə əsib getdilər,
İlimdən ayımı kəsib getdilər.
Haqq deyən dilimə düyün vurdular,
Coşan harayımı kəsib getdilər.
Getdilər, Bakıdan Qarabağacan
Yollara, izlərə dərd ələdilər.
Səngərdən o yana boylanmadılar,
Xalqın inamını güllələdilər.
Heysiyyət kürkünü günün birində
Nimdaş paltar kimi atıb gəldilər.
Laçında, Ağdamda halal sevgidən
Xəyanət ocağı çatıb gəldilər…
Şuşa Qarabağın həmayiliydi,
Getdilər, Şuşanı satıb gəldilər…
Onların odundan köz götürənlər
Yaman qısqanırlar mənim sevgimə,
Qənim kəsiliblər qənim, sevgimə.
Qoymurlar göyümü, yerimi sevim,
Sən mənim qibləmsən, qibləgahımsan,
Qoymurlar sən adda pirimi sevim.
Qoymurlar mən səni sən kimi sevim!
Vətən, biçarə Vətən…
Vətən, biçarə Vətən…

 

 

***

Odur mənim varım da,

Odur sadiq yarım da,

Mənim şah damarımda

Cağlayan qandır, Vətən!

 

 

***

Mən tənha olanda

O illər ötdü.

Neçə yol təntiyib, neçə yol azdım.

Tənhalıq ağırdı, mən Tənha kimi,

Heç kimə tənhalıq arzulamazdım.

 

 

***

Yaralandım, son anda səni köksümə basa bilmədim, Vətən!

Bağışla məni...

Sənə olan sevgimi sinən üstə yaza bilmədim, Vətən!

Keç günahımdan...

Yerlər yanmadı, göylər əriyəcək ahımdan,

Qazi olabilmədim, Vətən!

Keç günahımdan...

 

 

***

Meyil salma uzağa

Vətəndən ay Gülağa

Yaratmağa, qurmağa

Ellər çağırır səni!...

 

 

***

Dizimlə yararam daşlaşan qarı,

Axı yol almışam Vətənə sarı.

Aşaraq ən uca qarlı dağları,

Gələndə görərsən Gülağa kimdir!

Tənha təxəllüslü Gülağa kimdir?!

 

 

 

 

 

 

Gülağa Tənha " Dərdin nazını çəkmə " II - kitab #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #muğam #muğam #segah #qiraət #qiraet müdrik, #fikir, #dushunce, #düşüncə #AMEA #elm #alim #qazet #mukafat #mükafat #kitab #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !