Rektor Enactus Azərbaycan Milli Yarışının qalib komandası ilə görüşüb - - FOTO

Rektor Enactus Azərbaycan Milli Yarışının qalib komandası ilə görüşüb - FOTO

17 sentyabr 2020-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan Respublikasının Gənclər Fondu və BP şirkətinin təşkilatçılığı ilə baş tutan Enactus Azərbaycan Milli Yarışının qalibi olan BDU-nun Enactus komandası ilə görüşüb. Rektor komanda üzvlərini təbrik edib, onlara gələcək yarışda və dərslərində uğurlar arzulayıb. Bildirib ki, Bakı Dövlət Universitetində tələbələrin həm təhsilinə, həm elmi tədqiqatla məşğul olmasına, həm də asudə vaxtlarının səmərəli keçirmələri böyük diqqət ayrılıb.



Görüşdə çıxış edən tələbələr onların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



Qeyd edək ki, BDU-nun Enactus komandası Niderlandda baş tutacaq Dünya Enactus Kuboku yarışmasında ölkəmizi təmsil edəcək. Bu yarışmada dünyanın 36 ölkəsindən 25 mindən çox universitet tələbəsini təmsil edən komandalar  öz biznes, təhsil və sosial layihələrini təqdim edəcəklər.



BDU-nun Enactus komandasını bir daha təbrik edir, gələcək yarışda uğurlar diləyirik!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !