Külli miqdarda dərman preparatları aşkar edildi - (VİDEO-FOTO)

Külli miqdarda dərman preparatları aşkar edildi (VİDEO-FOTO)

Gömrük orqanları ölkə ərazisinə qanunsuz yollarla gətirilən dərman vasitələrinin aşkarlanaraq dövriyyədən çıxarılması məqsədi ilə intensiv tədbirlərini davam etdirir.



Belə ki, Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunun 1-ci anbarında İran İslam Respublikasından ayrı-ayrı şəxslərə məxsus yüklər daşıyan 44BF294/44ZA002 nömrə nişanlı yük avtomobilinə Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları tərəfindən rentgen qurğusu tətbiq edilməklə gömrük yoxlanılması aparılıb. Yoxlama zamanı rentgen qurğusunun monitorunda şübhəli cizgilər əməkdaşların diqqətini cəlb edib, buna görə kosmetik vasitələr kimi bəyan olunan malların hər birinə ayrı-ayrılıqda fiziki yoxlama aparılması qərara alınıb. Baxış zamanı avtomobilin yarımqoşqusunda daşınan kosmetik vasitə yüklərinin arasında malların aşkar edilməsinin çətinləşdirən üsullardan istifadə etməklə gizlədilmiş müxtəlif adda 1307 qutu maz-kremlər, 420 qutu dərman vasitələri, 769 ədəd stomatoloji ləvazimatlar aşkar edilib.



Hazırda faktla bağlı Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmaqla qeyd olunan dərman vasitələri və stomatoloji ləvazimatlardan ibarət malların Azərbaycan Respublikasının gömrük ərazisinə qanunsuz yollarla gətirilməsini təşkil edən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !