- Tofiq Yaqublu ev dustaqlığına buraxıldı

Tofiq Yaqublu ev dustaqlığına buraxıldı

 Bakı Apellyasiya Məhkəməsində Tofiq Yaqublu barədə həbs qətimkan tədbiri dəyişdirilib.

Bu gün baş tutan məhkəmə prosesində verilən qərara əsasən, T.Yaqublu ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Şikayət həmin hökmdən verilib.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

***

Tofiq Yaqublu xəstəxanadan evə buraxıldı
Müsavat Partiyasının fəalı Tofiq Yaqublu xəstəxanadan evə buraxılıb.

“Report” xəbər verir ki, o, müalicə aldığı “City Hospital”ın qarşısında jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi T.Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bu gün Bakı Apellyasiya Məhkəməsində həmin hökmdən verilən şikayətə baxılıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

T.Yaqublu 17 gündür aclıq aksiyası keçirirdi. O, sentyabrın 12-də istintaq təcridxanasından “City Hospital”a köçürülüb.

Bu gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə T.Yaqublu barədə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə qərarından sonra aclıq aksiyasını dayandırıb.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !