Elektron qolbaqlar necə işləyir? - - Nazirlik rəsmisi açıqladı

Elektron qolbaqlar necə işləyir? - Nazirlik rəsmisi açıqladı

Elektron qolbaq məhkumun ayağına, topuqdan yuxarı hissəyə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kəmər vasitəsilə bağlanır və məhkumun yer dəyişməsi ilə bağlı məlumatları mobil qurğuya ötürür. Daxilindən fiberoptik xətt keçən kəmərlə bərkidilir. Ev siqnal ötürücüsü məhkumun yaşayış yerində yaşayış yerinin ölçülərindən və şəraitindən asılı olaraq 2, 3 və daha artıq sayda quraşdırılır.

Qeyd edəkki, bunu Probasiya xidmətinin Elektron monitorinq idarəsinin baş məsləhətçisi Nəvai Əlizadə bildirib.

Onun sözlərinə görə, ev siqnal ötürücülərinin vəzifəsi vaxt məhdudiyyəti ərzində məhkumun yaşayış yerində olması barədə məlumatları ötürməkdən ibarətdir:

“Bütün cihazlara hər hansı müdaxilə zamanı dərhal xəbərdarlıq siqnalı daxil olur. Həmçinin elektron nəzarət vasitələri məhkum tərəfindən yararsız vəziyyətə salındıqda dəyəri həmən şəxsdən tutulur. Məhkəmələr tərəfindən elektron nəzarət vasitələrinın tətbiqi ilə əlaqədar məhkumların üzərinə əsasən iki növ məhdudiyyət qoyulur: ərazi məhdudiyyəti və vaxt məhdudiyyəti. Eyni zamanda, məhkumların şəxsiyyəti, törətdiyi əməlin xarakteri və s. bu kimi vacib hallar nəzərə alınaraq məhkəmələr tərəfindən digər vəzifələr və məhdudiyyətlər də (elektron nəzarət vasitələrinin işlək vəziyyətdə saxlanılması üçün onlara qulluq etmək, ictimai və ya qadağan olunmuş digər yerlərə getməmək və s.) tətbiq edilə bilər”.
  Femida.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !