Şəhriyar Məmmədyarovla Arkadi Naydiç Almaniya Bundesliqasında - -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Şəhriyar Məmmədyarovla Arkadi Naydiç Almaniya Bundesliqasında -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və yığmamızın legioneri Arkadi Naydiç Almaniyada şahmat üzrə keçirilən klublararası ölkə çempionatında (Bundesliqa) iştirak edir. Şahmatçılarımızdan Şəhriyar "Verxeym", Naydiç isə Almaniyanın qrand jklubu olan "Baden Baden" klubunun şərəfini qoruyur. Maraqlıdır ki, hər iki şahmatçımızın formasını geyindiyi komanda geridə qalan 4 turun hamısını qələbə ilə başa vuraraq. hərəyə 8 xalla yarış cədvəlində ilk iki yeri bölüşür. Naydiçin klubu yalnız şəxsi xallara görə birinci pillədə yer alıb. Hər iki klub ən yaxın izləyicilərini 2 xal geridə qoyur. Dairəvi sistem üzrə keçirilən çempionatda 8 komanda mübarizə aparır. Yeri gəlmişkən, Məmmədyarov təmsil etdiyi klubun heyətində 3-cü turdan mübarizəyə qatılıb. 5:3 hesabla bitən "Verxeym" - "Zolinqena" matçında o birinci stolda Ermin Lamini, 6:2 hesabla başa çatan "Verxeym" - "Verder" qarşılaşmasında isə Loran Fressini mat qoyub. Məmmədyarovdan fərqli olaraq, 3 oyunda iştirak edən Naydiç isə öz aktivinə 2,5 xal yazdırıb. Bir maraqlı məqamı da qeyd edək ki, Naydiçin şərəfini qoruduğu "Baden Baden"in heyətində Fabiano Karuana (ABŞ) və fransalı Maksim Vaşye-Laqrav da yer alıb.
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !