Ürəklərdə yaşayan Əhmədiyyə Cəbrayılov və ya Xarqo - - FOTO

Ürəklərdə yaşayan Əhmədiyyə Cəbrayılov və ya “Xarqo” - FOTO

11 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinin geniş şəkildə qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb.

 

Gənclər və İdman Nazirliyi, müvafiq Sərəncamı rəhbər tutaraq, gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi, xalqımızın hərb və döyüş tarixinin gənclərə əyani olaraq çatdırılması məqsədilə, açıq havada gənclərin iştirakı ilə tarixi rekonstruksiya formatında  "Xarqo" adlı qısa metrajlı film hazırlayıb.

 

Filmdə 15 gənc və tanınmış kino aktyorlar iştirak ediblər. 6 gün müddətində aparılan çəkilişlər Şəki rayonu, qəhrəmanın doğulduğu Oxud kəndində və Bakı şəhərinin müxtəlif məkanlarında aparılıb. Ssenari müəllifi Mikayıl Mikayılova məxsus filmin üzərində hazırlıq işləri 15 gün davam edib. Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovla bağlı filmin çəkilişlərində müxtəlif tarixi sənədlərdən istifadə olunub.

 

Filmin rejissoru Mikayıl Mikayılov, rəssamı Mustafa Mustafayevdir. Rolları əməkdar artistlər Sona Mikayılova, Rasim Cəfər, aktyorlar Faiq Mirzəyev, Əli Əlizadə,Yaroslav Trifonov, Anar Mikayilov, Rumiyyə Ağayeva, Müşviq Mirzə,Araz Pirimov və digərləri canlandırıblar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !