Gülağa Tənha Dərdin nazını çəkmə adlı şeirlər kitabının təqdimatı. - Çıxış edir: Əməkdar artist Fərhunə Atakişiyeva

Gülağa Tənha “Dərdin nazını çəkmə” adlı şeirlər kitabının təqdimatı. Çıxış edir: Əməkdar artist Fərhunə Atakişiyeva

 Xeyriyyəçi-şair Gülağa Tənhanın “Dərdin nazını çəkmə” adlı şeirlər kitabının təqdimat mərasimində növbəti çıxış üçün söz verilir Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşunaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə xanım Atakişiyevaya. O, şairin “Bu kənd məni tanımadı” şeirini qiraət edərək səsləndirir. İki hissədən ibarət olan şeirin yazılma tarixinə nəzər saldıqda I hissə 1990 cı ilin mart ayında, digər hissə isə bir il sonra məhz həmin ayda yazıldığını görürük. Bununla Rusiyada yaşayan həmvətənlimizin bayram vaxtlarında Azərbaycana gələrkən gördüklərindən təsirlənərək yazdığı bəlli olur... Həmin şeiri video link bölməsində dinləyə bilərsiniz.

 

 

 


Gülağa Tənha "BU KƏND MƏNİ TANIMADI"

 


– 1–
Məzarlığı özü boyda,
Heyrəti də gözü boyda,
Göz yaşları üzü boyda,
Bu kənd məni tanımadı.
Gözü qaynayan qalmayıb,
Toyda oynayan qalmayıb,
Yasda ağlayan qalmayıb,
Bu kənd məni tanımadı.
Hay deyəndə qarı çıxır,
Hoy deyəndə yarı çıxır,
İniltisi, zarı çıxır,
Bu kənd məni tanımadı.
Ot basıbdı yolu, izi,
Ocağında sönüb közü,
Biri gəlir, gedir yüzü,
Bu kənd məni tanımadı.
Min dərdi var, yazan yoxdu,
Avaz qalıb, azan yoxdu,
Ölənə gor qazan yoxdu,
Bu kənd məni tanımadı.
Qırışla bəzənib yanaq,
Saç ağarıb, niyə danaq.
Görən deyir: «Kimsən, qonaq?»
Bu kənd məni tanımadı.
Ərkivan, 18.03.1990


– 2 –
Həmin yoldu, həmin izdi,
Bu kənd məni tanımadı.
Göyü yenə qənirsizdi,
Bu kənd məni tanımadı.
Gəldim həsrət sorağına,
Düşdüm elin qınağına,
Əl uzatdım bulağına
Bu kənd məni tanımadı.
Ağbirçəyi baxdı, keçdi,
şimşək kimi çaxdı, keçdi,
Can mülkümü yıxdı, keçdi,
Bu kənd məni tanımadı.
Hər addımım heyrət oldu,
Heyrət həvəsimi yoldu,
Mat qalmışam…Gözüm doldu,
Bu kənd məni tanımadı.
Qanı qaynayanım yoxdu,
Yoxdu, bir həyanım yoxdu,
Məni tanıyanım yoxdu,
Bu kənd məni tanımadı.
Tale durubdu qəsdimə,
Dəyir ərköyün şəstimə,
İtlər atılır üstümə,
Bu kənd məni tanımadı.
Möhnət sığınıb gözümə,
Gülləri baxmır üzümə,
Yazığım gəlir özümə,
Bu kənd məni tanımadı.
Ərkivan, 15.03.1991

 

 

 

 

 

 

 

 

Gülağa Tənha " Dərdin nazını çəkmə " II - kitab #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #muğam #muğam #segah #qiraət #qiraet müdrik, #fikir, #dushunce, #düşüncə #AMEA #elm #alim #qazet #mukafat #mükafat #kitab #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !