Nədən biz işğal altında olan torpaqlarımızı Arsak deyil, Qarabağ adlandırırıq? - -Qubad Ibadoğlu yazır

Nədən biz işğal altında olan torpaqlarımızı Arsak deyil, Qarabağ adlandırırıq? -Qubad Ibadoğlu yazır

Son statuslarımın birində 7-ci sinif tarix dərsliyində Qarabağ ərazisinin Arsak adlandırılmasına yalnışlığa yol verməmək üçün tarixçi olmadığımdan yumşaq decək etiraz etmişdim. Bununla əlaqədar olaraq dərsliklərimizin təkmilləşdirilməsinə ehtiyac duyulduğunu bildirmiş və təkliflərimi irəli sürmüşdüm. Həmin statusa yazılan 110-dan çox şərhin hər birini diqqətlə oxuyandan sonra, bu müzakirənin tarixi və siyasi əhəmiyyətini nəzərə alaraq, bu məsələyə bir daha, lakin bu dəfə suallarla qayıtmaq qərarına gəldim.
1) Bir sıra şərhlərdə qeyd olunur ki, Arsak sözünün erməni dilinə və erməniliyə heç bir aidiyyatı yoxdur. Arsak (Ərsak -yəni igid saklar) toponimi Millad dövründən qalıb, Arsak tarixi Azərbaycan, Qafqaz Albaniyasının 12 vilayətindən biri olub və sallar da türk soyludurlar. Çox yaxşı, bəs onda nədən biz işğal altında olan torpaqlarımızı Arsak deyil, Qarabağ adlandırırıq?
2) Bəzi şərhlərdə qeyd olunur ki, söhbət saklardan deyil, saqalardan gedir, bəziləri iddia edir ki, onlar türk olub, bəziləri isə deyirlər ki, onların türklərlə əlaqəsi yoxdur. Əgər həqiqətən də tarixçilər arasında fikir ayrılığı varsa, Arsak sözü mübahisə doğurursa, onda nədən bu barədə 7-ci sinif tarix dərsliyində bəhs edilir?. Axı, 7-ci sinif şagirləri, Universitetdə tələbə və ya magistr deyil ki, mübahisəir məsələəri özləri araşdırsın və dəqiqləşdirsin.
3) Ermənilər işğal etdikləri ərazini bütün dünyada Arsak adı ilə tanıtdırdıqları halda bizim yenidən Qarabağdan imtina edib, daha qədimə gedərək Arsaka iddiamız nə dərəcədə məqsədəuyğundur və tarixi baxımından əhəmiyyətli olan bu toponim siyasi baxımdan bizə hansı üstünlük verir?
Suallar çoxdur, amma onlardan ən vaciblərini yazdım. 7-ci sinif tarix dərsliyinin müəlliflərini müdafiə edənlərdən xahiş edirəm yuxarıdakı sualları cavablandırsınlar, sonra ehtiyac yaranarsa yenə də onlara suallar ünvanlayacam. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !