Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında seminar keçirilib - -FOTO=3

Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında seminar keçirilib -FOTO=3

AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında payız günbərarəliyinə həsr olunmuş seminar keçirilib.
Tədbiri rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev açaraq seminar haqqında məlumat verib.
Daha sonra rəsədxananın elmi işçi Ülvi Vəliyevin “Günbərabərliyi və yer üzərində fəsillərin əmələ gəlməsi”, kiçik elmi işçilər Vəfa Qafarovanın “2020-ci ildə gün bərabərliyi” və Türkanə Əliyevanın “Payız günbərabərliyində yerin səmada günəşə nisbətən vəziyyəti” mövzusunda məruzələri dinlənilib. Çıxışlarda günbərabərliklərinin baş verməsinin astronomik, fiziki və riyazi əsaslarının izahı, həm də fəsillərin əmələ gəlməsi ilə günbərabərlikləri arasındakı əlaqənin mahiyyəti barədə geniş məlumat verilib.
Sonunda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Naxçıvan Bölməsinin Mətbuat xidməti 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !