Voleybolçumuzun komandası ÇL-da texniki məğlubiyyət alıb - (AZpressAZ) İNTİQAM Məmmədov

Voleybolçumuzun komandası ÇL-da texniki məğlubiyyət alıb (AZpressAZ) İNTİQAM Məmmədov

Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandasının üzvü Marqarita Əzizovanın hazırda şərəfini qoruduğu "Minçanka" (Belarus) klubu Avrokubok yarışlarındakı mübarizəni bundan sonra Çempionlar Liqasında deyil, ÇEV Kubokunda davam etdirəcək. Buna səbəb Əzizovanın komandasının üzvlərindən birində koronavirusun aşkarlanması və bu üzdən də klubun 23 sentyabrda Çempionlar Liqası turniri şərçivəsində Almaniyanın "Ştutqart" klubu ilə səfər oynunun ləğv edilməsi və "Minçanka"ya texniki məğlubiyyət verilməsidir. Xatırladaq ki, "Minçanka" Belarus çempionatının qalibi olandan sonra Rusiyanın Açıq çempionatına qatılıb. Krasnodar "Dinamo"su ilə səfər matçından qayıdan baş "Minçanka"nın oyunçularından birində bəlli virus aşkarlanıb. Buna görə də Çempionlar Liqasına qatıla bilmədiyi üçün texniki məğlubiyyət alan "Minçanka" bundan sonra yalnız ÇEV Kubokuna qatıla bilər.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !