Ağcabədi rayonu Ağabəyli kənd ümumi orta məktəbinin açılışı olmuşdur. -

Ağcabədi rayonu Ağabəyli kənd ümumi orta məktəbinin açılışı olmuşdur.

Ağcabədi Rayon İcra Hakimiyyəti məlum edir ki, 02 oktyabr 2012-ci il tarixdə saat 10:00 –da Ağcabədi rayonu Ağabəyli kəndində 80 şagird yerlik Ağabəyli kənd ümumi orta məktəbinin açılışı olmuşdur.
Açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov iştirak etmişdir.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə məktəbin şagird və müəllim kollektivini yeni məktəb binasının açılışı münasibəti ilə təbrik etdi. Bildirdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Daha sonra rayon rəhbəri qeyd etdi ki, Prezident İlham Əliyev cənablarının gərgin və fədakar əməyi sayəsində ölkəmizdə bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində uğurla davam etdirilir. Məktəblərimizdə əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir təhsil avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bu günümüzün reallığıdır.Bu gün Ağcabədi rayonunda müasir tələblərə cavab verən yeni məktəb binalarının tikintisi, əsaslı təmiri bu fədakar əməyin bariz nümunəsidir.
Çıxışının sonunda Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına diddət və qayğıya görə məktəbin müəllim, şagird kollektivi və öz adından minnətdarlığını bildirmişdir.
Daha sonra tədbirdə çıxış edən kəndin ağsaqqalları və ziyalıları çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər.

Novruz Vəliyev (AzPRESS.az)