Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin fevral ayının 16-17sində Bakı Avropa Liseyində keçirilən 1-ci Məktəb Sessiyası uğurla başa çatmışdır. -

Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin fevral ayının 16-17sində Bakı Avropa Liseyində keçirilən 1-ci Məktəb Sessiyası uğurla başa çatmışdır.

AzPRESS xəbər verir ki, Sessiyada 15-ə yaxın təhsil müəssisəsindən 40-dan çox məktəbli və tələbə iştirak etmişdir.Ölkəmizdə ilk dəfə keçirilən bu sessiyada Aİ Parlamentinə uyğun olaraq 4 komitə Avropa və ölkəmizdə olan aktual mövzülara toxunmuşdur. Məktəb Sessiyasında Xarici İşlər,İnsan Haqları,Qadın hüquqları və Gender bərabərliyi,Mədəniyyət və Təhsil komitələri qətnamələr hazırlamış və Baş Assembleyada müzakirə olunduqdan sonra qəbul edilmişdir.
Qətnamələrdə 12 illik təhsil sisteminə keçid,Şərq tərəfdaşlığı proqramına üzv olan ölkələrdə insan haqlarının vəziyyəti,Cənubi Qafqazda ərazi və etnik münaqişələrin həllində Avropa İttifaqının rolu,Kişilərin hüquqlarını pozmadan gender bərabərliyinin balansı kimi məsələlərin həll yolları araşdırılmışdır.
Bir şeyi də xatırladaq ki, Məktəb Sessiyasında qəbul olunan qətnamələr müzakirə edilməsi üçün Avropa Gənclər Parlamentinin Beynəlxalq Ofisinə göndərilmişdir.Sessiyanın Prezidenti Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyin baş katibi – Ataxan Həsənov,Nümayəndəliyin İdarə Heyətinin Sədri – Tayfun Qüdrətli isə vitse-prezident vəzifəsini həyata keçirmişdir.
Komitələrə aşağıdakı şəxslər rəhbərlik etmişdir:
Milana İbrahimova,Nərmin Məmmədova – İnsan Haqları Komitəsi
Ülkər Qurbanəliyeva,Bəyimxanım Məmmədova – Xarici İşlər Komitəsi
Tükan Vüsət qızı,Nuray İsmayılova – Qadın Haqları və Gender bərabərliyi Komitəsi
Ruslan Mursaqulov,Ülkər Mirzoyeva – Mədəniyyət və Təhsil Komitəsi
Sessiyaya Bədir Bayramov,Aydan Vüsat qızı,Səbuhi Əfəndiyev təşkilatçılıq etmişdir.