Səlim Nəsirli: Qəzəllər -

Səlim Nəsirli: Qəzəllər

Səlim Nəsirli 1983 ildə Laçin rayonunda dünyaya göz açib. ADMİU nin xanəndəlik şöbəsini bitirib. 20 sayli musiqi məktəbində mugam müəllimi işləyir. Bəstəkarliq və şairlik fəaliyyət i var. Qəzəllər və təsniflərin müəllifidir.

 

 

VİDEO>>>
VİDEO>>>
VİDEO>>>

 

 

Qoyub gəldik,açarkən gül,bahar çagi Qarabagi,
Gəlib tutdu döyüşsüz çox asan yagi, Qarabagi.

 

Səfayi-gülşənim vardi mənim gülşən ara əmma,
Görüb yad eylərəm indi quru bagi, Qarabagi.

 

Vətəndə mən vətən qədrin cavan ikən bileydim kaş,
Öleydim,kaş ki çəkməzdim vədən dagi Qarabagi.

 

Əgər pul vermiş olsaq borca,istərdik inan hər gün,
Nədəndir bəs düşünmür xəlqim almagi, Qarabagi.

 

Gedib Borçali həm Dərbənd,gedib Göyçə,gedib Təbriz,
Xatirladir bu yurdun həm solu ,sagİ, Qarabagi.

 

Qaranliqdan Qarabag ag günə bizsiz necə çixsin,
Ala billik,seçə bilsək qara , agi , Qarabagi.

 

Səlim, yetdi döyüş vəqti,gərək əldə silah olsun,
Edib azad,yayaq hər yanə soragi, Qarabagi.

 

***

 

Cananima can bəxş edirəm can gedir əldən,
Can qeydinə qaldiqcada canan gedir əldən”

 

Can istəmirəm,candan əzizdir mənə canan,
Can verməsəm,ol candan əziz can,gedir əldən.

 

Vəslində ikən qədrini bil cananin ey dil,
Mənali keçir ömrünü hər an gedir əldən.

 

Kaş cani verib cananə mən vəslə yetəydim,
Yoxsa elə bu ömr nigaran gedir əldən.

 

Fürsətdi könül kim bu gün əhza günüdür bil,
Can getməsə bu eydidə qurban,gedir əldən.

 

Sərvət mala meyl eyləmə dünyadə,əbəsdir,
Birgün olur axirda o viran gedir əldən.

 

Şəhdi ləbinin busəsi dərmandi Səlimçün,
Getsən ölərəm,getməki dərman gedir əldən.

 

***

 

Fikr eyləmə sən,daima aləm belə qalmaz,
Bir gün gedəcək qüssə ilə qəm belə qalmaz.

 

Yaş ötmədədir,zövqü-cahani tələb eylə,
Bil ki,bir ömür bir dəfə,birdəm,belə qalmaz.

 

Gənclik gülüdür ən gözəl ətri bu həyatin,
Əfsus ki solar,qəddin olar xəm belə qalmaz.

 

Hər kim bu cahan içrə cəfa əhli olarsa,
Axirda görər nari-cəhənnəm belə qalmaz.

 

Hüsnünlə öyünmə,Səlimin dinlə sözün sən,
Dövranki keçər,hüsndə adəm belə qalmaz.