Latergiya yuxusu -

Latergiya yuxusu

Hər birimiz gündəlik həyat faliyyətimizi davam etdirmək üçün istirahətə ehtiyac duyuruq, oxuyuruq, məktəbə gedirik, gəzirik, cəmiyytin ayrı-ayrı sahələrində müxtəlif işlərlə məşğul oluruq yaxud da heç bir işlə məşğul olmuruq və s. yoruluruq.
Çoxlarımız üçün yuxu əsl xoşbəxtlik, ən gözəl istirahət, hansısa bir sıxıcı iclasda, konfransda, maraqsız opera yaxud teatrda səbrsizliklə gözlədiyimiz günümüzün ən rahat və ən sakit hissəsidir.
Belə ki, çox yorğun oluruq, gözlərimizi yumuruq, sadəcə 7-8 dəqiqədən sonra sanki buludların üstünə ucalırıq, bizi narahat edən nə varsa, bütün problemlərimizi bir neçə saatlıq da olsa unuduruq. Çox vaxt bunları yuxularımıza da daşıyırıq. Baş verən bu prosesə müvəqqəti ölüm anı desək yanılmarıq.
“Çox az yatmışam, ayaq üstə dura bilmirəm”, “yuxum gözlərimdən tökülür”, “necə yataramsa” və s. bu kimi sözləri gün ərzində çoxlarımız tez-tez eşidir və işlədirik. Odur ki, həyat fəaliyyətimizin aktivliyi və passivliyi yuxudan çox asılıdır. Yuxu sevən hər kəsi narahat edən əsas, başlıca səbəb isə yuxuda olarkən vaxtın sürətlə keçməsi, hətta uçmasıdır. Ən vacib işi ilə məşğul olarkən çox yorğun olduğu halda “5 dəqiqə mürgüləyim, qalxaram” deyib gözünü 5 dəqiqə sonra açanlar da var, zəngli saatın səsinə dik atılanlar da.
Çoxları günün çox saatını yuxuda keçirir. Bu yorğunluqdan, stressdən, depressiyadan, ya da sadəcə tənbəllikdən, bekarçılıqdan, həddən artıq yatmağa meyillilikdən irəli gəlir. Gəlin qəbul edək ki, səhərlər dəfələrlə “oyan” sözünü deyən valideynlərimiz, yaxınlarımız ya da “oyan” sözünün daha əsəbverici versiyası olan zəngli saatlar ,ən əsası da görüləcək vacib işlərimiz olmasa çoxumuz axşamdan bəlkə də səhər axşama qədər yuxuda olarıq. Yəqin ki, hər birimiz çoxlarından “imkan versələr günlərlə yataram” sözünü eşidirik. Zənnimcə latergik yuxuya getmək ancaq belə şəxsləri qane edər.
Ancaq yenə də inamıram ki, yatmağı nə qədər çox sevirlərsə sevsinlər,heç kəs bu qədər uzun müddət yuxuda olmaq istəməz. Latergik xəstəliyə tutulan şəxslər günlərlə, aylarla, hətta illərlə yata bilərlər. Araşdırmalara görə bu xəstəlik daha çox əsəbi cavan qadınlarda baş verir. Buna baxmayaraq xəstəliyə sağlam adamalarda da rast gəlinir.
Ginnesin rekordlar kitabına daxil olmuş ən uzun latergik yuxu 1954-cü ildə Nadejda Artmoyovna Labedinada baş vermişdir. Nadejda həyat yoldaşı ilə etdiyi çox güclü davadan sonra latergik yuxuya getmiş və yalnız 20 ildən sonra 1974-cü ildə gözlərini açmışdır.
Bir anlıq təsəvvür edin, nəyəsə yaxud kiməsə bərk əsəbləşirsiniz, güclü stress keçirirsiniz, bir anda qəflətən yuxuya gedirsiniz və illər sonra oyanırsınız. Doğurdan da dəhşətlidir.
Latergik yuxuya gedən şəxs heç bir xarici təsirə reaksiya vermir, rəngi solğunlaşır, sifət cizgiləri gərginləşir. İşin maraqlı cəhəti də yuxuda olarkən qocalma mexanizminin ləngiməsidir. Bəli!

 Latergiya müsibətinə düçar olan şəxslər neçə il yatarlarsa yatsınlar yuxuda olduqları müddətdə yaşlanmırlar. Lakin buna baxmayaraq oyandıqdan 2-3 il sonra öz bioloji yaşlarını bərpa edirlər.
Latergiyanın müalicəsi və səbəbi hələ də tibb aləminə məlum olmayaraq sirli şəkildə qalmaqdadır. Ancaq tam səbəbləri aşkarlanmasa da ən başlıca səbəb kimi əsəb və stress göstərilir. Təəssüf olsun ki, müalicəsi və səbəbləri məlum olmadığı kimi latergik yuxuya getmiş şəxsin nə vaxt oyanacağını və əvvəlcədən proqnozlaşdırmaq qeyri-mümkündür.


FİDAN ƏLİQIZI