Şuşa Dövlət Musiqili Dram Teatrının truppası Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasını təqdim etmişdir - FOTO

Şuşa Dövlət Musiqili Dram Teatrının truppası Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasını təqdim etmişdir FOTO

Cənub bölgəsində qastrol səfərində olan Şuşa Dövlət Musiqili Dram Teatrın truppası Yardımlı rayonundan sonra Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasını nümayiş etdirmişdir.
AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Loğman Kərimov, quruluşçu rəssamı Xalıq Cabbarov, musiqi tərtibatçısı Orxan Kərimovdur.
Tamaşada əsas rolları əməkdar artistlər Şükufə Musayeva və İqrar Salamov, aktyorlardan Püstəxanım Zeynalova, Etibar Cəfərov, Sevinc Ağayeva və digərləri ifa etmişlər.