Təmiz Binəqədi sosial layihəsi çərçivəsində növbəti təmizlik aksiyası keçirilib - FOTO

“Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində növbəti təmizlik aksiyası keçirilib FOTO

“Bakı 2015” birinci Avropa Oyunları ərəfəsində start götürmüş “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində rayon icra hakimiyyəti Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı ilə birgə rayon icra hakimiyyəti təmizlik aksiyasını həyata keçirib.
AzərTAc xəbər verir ki, aksiyada rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları ilə yanaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal gəncləri də iştirak ediblər.
Paytaxtın 8-ci mikrorayonundakı Şövkət Məmmədova küçəsindən başlayan, İbrahimpaşa Dadaşov küçəsində davam edən və Nizami Nərimanov küçəsində yekunlaşan təmizlik aksiyası zamanı ərazi tullantılardan təmizlənib.
Aksiyanın sonunda tədbir iştirakçıları sakinlərlə birgə çay süfrəsi ətrafında məhəllə parkında verilən konsertə tamaşa ediblər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !