Vahid Məmmədov : - Bioloji Təbabət müasir müalicə metodudur

Vahid Məmmədov : Bioloji Təbabət müasir müalicə metodudur

 Elmi və texniki nailiyyətlər həyatımıza nə qədər çox daxil olsa da,hər bir insan üçün sağlamlığı önəmli olaraq qalır. Hippokratdan üzü bu yana həkimlər insan sağlamlığını qorumaq üçün bir çox reseptlər, müalicə üsulları və s. tapmağa çalışmışlar. Unutmayaq ki, insan da təbiətin bir üzvü,bir hissəsidir. Zaman keçdikcə ana təbiətdən uzaqlaşan insan kosmosa çıxsa belə,əslində öz problemlərini də artırmış oldu. Bu günkü günümüzdə isə,razılaşın ,dünya siyasəti və iqtisadiyyatı fonunda bu problemlər hansı həddə gəlib çatıb,hər birimiz bunu yaxşı başa düşürük. Xəstəliklərin 90 faizinin xroniki hal aldığı,xəstəliklər nəticəsində əhali ölümünün 80 faizə çatdığı və statistikanın göstərdiyi digər arzuolunmaz göstəriciləri də insan sağlamlığı riskinin artdığını sübut edir.Bu isə o deməkdir ki,tarix boyu təbiətə, fərqi yoxdur,ya məqsədli,ya bilməyərəkdən ziyan vuran bəşər övladı insan nəslini qoruyub saxlamaqdan ötrü ən müxtəlif müalicə üsullarına əl atmaqdadır.Bizim də məqsədimiz məhz belə üsullardan biri haqqında informasiyanı sizə çatdırmaqdır. Əslinə qalsa, daha praktik, effektli,sadə və rahat bir müalicə üsulu barədədir. Müalicə metodu kimi Bioloji təbabət ilk dəfə 1800-cü ildən İngiltərədə,1848-ci ildən Almaniyada,1993-cü ildən Rusiyada,1995-ci ildən Ukraynada istifadə olunmuşdur. Sevindirici haldır ki, 2001-ci ildən Azərbaycanda da tətbiq olunmağa başlanmışdır. 2009-cu ilin fevralından paytaxtımızda Biloloji Təbabət klinikası fəaliyyətə başlamışdır. Klinikada ən müasir avadanlıqlarla təchiz edilmiş funksional diaqnostika,müayinələrin dəqiq aparıldığı laboratoriya şöbələri fəaliyyət göstərir. Bioloji Təbabət orqanizmin özünübərpa və müdafiə sisteminin pozulmuş funksiyalarını bərpa edən və səbəbin aradan qaldırılmasına yönəldilən müasir müalicə metodudur. Yaşadığımız həyat tərzi,stress,ətraf mühit,qidalanma və s. sağlamlığa təsir edən amillərdir. Tibb dili ilə desək, homotoksinlər isə həyat üçün çox təhlükəlidir. Homotoksinlər deyərkən ətraf mühitin zərərli amilləri, kimyəvi,sintetik dərmanlar,stress,zərərli qida məhsulları,viruslar,bakteriyalar, zərərli vərdişlər və s. nəzərdə tutulur.Ayrıca qeyd etmək istərdik ki, əhali arasında müxtəlif dərmanlara meyllilik,həddən artıq aludə olmaq indi “dəb”dədir. Bunun əvəzində qazanca üstünlük verilməkdənsə,bu sahədə əhalinin maarifləndirilməsinin ön plana çəkilməsi daha məqsədəuyğun olardı. Fərdin xüsusiyyətlərini nəzərə alan,xəstəliyi deyil,xəstəni müalicə edən Bioloji Təbabət təbiətin öz gücündən istifadə etməklə insanları sağlam həyat tərzinə qaytarmaqla digər müalicə metodlarından ciddi surətdə fərqlənir. Bioloji Təbabət elminin 6 prinsipi vardır :
1. Zərər vermə!
Bioloji təbabət yalnız təhlükəsiz və effektiv müalicə metodlarından
istifadə edir.
2. Təbiətin müalicə gücü
3. Mövcud olan simptomları deyil,xəstəliyin səbəbini müəyyən edib,səbəbi müalicə etmək
4. Bütöv orqanizmin müalicəsi
5. Həkim müəllimdir
6. Profilaktika müalicədən daha yaxşıdır
Bioloji Təbabət klinikasında müxtəlif elmi-praktik seminarlar,forum və mühazirələr keçirilir. Xəstələr həkim məsləhətlərindən faydalana bilirlər. Bioloji Təbabətə müraciət edənlər üçün müəyyən güzəştlər də nəzərdə tutulur. Bayram günlərində,xüsusi ilə də Ramazan bayramı günlərində xəstələrə pulsuz tibbi xidmət göstərilir..Kliniki, bakterioloji,biokimyəvi analizlər aparılır.Keyfiyyətli USM və rentgen aparatı vardır. Müayinələrdən sonra Bioloji təbabət üsulu ilə müalicə başlayır.Orqanizm ilk növbədə hidrokolonoterapiya üsulu ilə toksinlərdən təmizlənir. Bu üsul ilə yoğun bağırsaq yuyulur. Növbəti mərhələdə xəstəyə müalicəvi aclıqla yanaşı,çoxlu maye (su) qəbul etmək təyin edilir. Klinikada ən müxtəlif xəstəliklər,o cümlədən, hormonal asılılıq,bronxial astma,psoriaz,artroz,miqren,trofik xora,qeyri-spesifik xoralı kolit,qırmızı qurdeşənəyi,uşaqlığın mioması müvəffəqiyyətlə müalicə olunur. Müvəffəqiyyətin səbəblərindən biri də burada Almaniyada təşkil olunan Beynəlxalq homotoksikologiya kurslarını bitirmiş yüksək kvalifikasiyalı həkimlərin çalışmasıdır. Terapevt,nevropatoloq,kardioloq,endokrinoloq,allerqoloq, LOR həkimi,pediatr,ginekoloq,dermatoloq,oftalmoloq,cərrah,stomatoloq,kosmetoloq və digər mütəxəssislər öz işlərinin öhdəsindən bacarıqla gəlirlər.Bioloji Təbabət AFGEN Genetik laboratoriyası ilə əməkdaşlıq edir.Türkiyənin EGE Universitetinin professoru , dünya genetika elmi sahəsində tanınmış alim Afiq Bərdəli bir çox xəstəliklərn genini kəşf etmişdir. Alim Afiq Bərdəli ( Afiq Hüseynov ) həmin universitetin “ Kök hüceyrəsi “ kafedrasının yaradıcısı və professoru,Tibb fakültəsində Molekulyar Tibbi laboratoriyanın rəhbəridir.Həmin laboratoriya dünya səhiyyə sistemində tanınmış bir elm mərkəzidir. 315 müxtəlif genetik xəstəliyin molekulyar diaqnostikası Afiq Bərdəli tərəfindən tədqiqatlar nəticəsində elmi cəhətdən əsaslandırılmışdır. Neprotik Sendrom geni dünya tibb ədəbiyyatında “Bərdəli geni “ (Turkish Gen ) kimi tanınır. Onun rəhbərlik etdiyi laboratoriya Türkiyədə EMON ( Dünya Səhiyyə Təşkilatının Avropa Genetik Keyfiyyət Şəbəkəsi ) akkreditasiyasını almış ilk və tək laboratoriyadır. Həmçinin, qeyd olunmalıdır ki, laboratoriya dünyada 3 elmi mərkəzdən biridir. Üç il ərzində minlərlə insan bu laboratoriyanın xidmətindən istifadə edərək müvəffəqiyyətlə müalicə olunmuşdur. Bioloji təbabət metodu ilə müalicə üsullarına artıq bütün dünyada ,o cümlədən Azərbaycanda da üstünlük verilir. Özünübərpa və müdafiə mexanizmlərini zəiflədən, xəstəlik əlamətlərini müvəqqəti aradan qaldıran, kimyəvi ,sintetik preparatlardan istifadə və bu istifadənin zərərli təsiri nəticəsində sağlam orqanların,toxumaların zədələndiyi klassik təbabətdən çox fərqli olaraq bioloji təbabət tam bunun tərsinə fəaliyyət göstərir. Bu o deməkdir ki, bioloji təbabət özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edir,xəstəliyin səbəbini aradan qaldırır. Eyni zamanda xəstəliyi deyil,xəstəni müalicə edir,yalnız təbii tərkibli potensiyalaşdırılmış dərman preparatlarından istifadə etməklə müalicə zamanı digər orqanlar,toxumalar zədələnmir. Ölkəmizdə Bioloji təbabətin müalicə metodu kimi yayılma tarixi və inkişafı,hazırkı vəziyyəti ilə əlaqədar daha çox məlumatlanmaq üçün klinikanın baş həkiminin müavini Vahid Məmmədovla görüşdük. Elə ilk sualımız da “ Bioloji təbabət “ termini ilə bağlı oldu.Vahid Məmmədov bildirdi ki, son on illikdə dünya səhiyyəsində bioloji təbabət geniş vüsət almışdır. Dünyanın 60-dan çox dövlətində həmin üsuldan istifadə olunur. Almaniyada daha populyardır. Yeri gəlmişkən Vahid Məmmədov haqqında. O, 1948-ci ildə Qonaqkənd qəsəbəsində doğulmuş,orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun ( sovet dövründə ali tibb məktəbi belə adlanırdı ) müalicə -profilaktika fakültəsini bitirmişdir. Uzaq Şərqdə həbi xidmətini hərbi həkim kimi başa vurmuşdur.Bu illər onun təcrübəli həkim kimi yetişməsində,püxtələşməsində böyük rol oynamışdır. Hələ Sumqayıtdakı Bərpa – müalicə xəstəxanasında baş həkim işlədiyi vaxtlarda ağır xəstəliklərin müalicəsində Bioloji Təbabət metodundan,preparatlarından istifadə etmişdir. 27 il ali dərəcəli nevropatoloq kimi şəhərin baş mütəxəssisi olmuşdur. Minlərlə insana şəfa vermiş Vahid həkim şəhər səhiyyəsində çalışdığı dövrdə 16 il baş həkim kimi fəaliyyət göstərmişdir. “Orqanizmə özünübərpa və müdafiə gücünü qaytarmaq “ prinsipi nə qədər realdır ? – sualına həkimin cavabı da maraqlı oldu.Aydın oldu ki, orqanizmin özü xəstəliyə qarşı mübarizə aparmağa başlayır. Mübarizə aparan fərdin (orqanizmin) xüsusiyyətləri nəzərə alınır. Bununla da bioloji təbabət xəstəliyi əsas götürən klassik təbabətdən köklü surətdə fərqlənir.Dərmanın xəstəyə təsiri öyrənilir. Unutmayaq ki, insan ( fərd ) canlı aləmin bir zərrəciyidir. Biopreparatlar Almaniyanın məşhur “ Heel “, “ Sanum –Kehlebek “, “Dyckerjoff Pharma “, “Symbiopharm “ farmakoloji kompaniyaları tərəfindən reallaşdırılır. Baden şəhərində dərman zavodunda istehsal edilən preparatların dozası milyon dəfə durulaşdırıldıqları üçün insan orqanizminə heç bir ziyan vurmur. Bioloji təbabətin üstünlüklərinin nəzərə alındığı Rusiyada 1994-cü ildən ali məktəblərdə,o, elmi əsaslarla tədris olunur. İsveçrədə,Avstriyada xəstələri bu metodla müalicə edən xəstəxanalar vardır. V.Məmmədov bildirdi ki, Bioloji Təbabət klinikasının həmin xəstəxanalar ilə də əlaqəsi vardır. SSRİ dağılandan sonra xarici ölkələrlə həmin sahədə əlaqə yaratmaq mümkün olmuşdur. Bioloji Təbabət klinikası respublikamızdakı həm dövlət,həm də özəl tibb müəssisələri ilə mütəmadi olaraq əlaqə saxlamaqla bərabər lazım olanda onlara kömək edir.Respublikanın müxtəlif rayon və şəhərlərindən gəlmiş 3000-dən çox həkim klinikada təşkil edilmiş seminarlarda iştirak etmişdir. “ Klassik təbabətə,yoxsa bioloji təbabətə üstünlük verilməlidir ?” –sualına maraqlı cavab aldıq. Vahid müəllim bildirdi ki, klassik təbabət inkar edilmir. Lakin təbiətin gücündən qaynaqlanan bioloji metod klassik təbabətin müsbət cəhətlərini Qərb və Çin təbabəti ilə özünəməxsus formada birləşdirərək ən müxtəlif xəstəlikləri müalicə edə bilir.Antibiotiklər,hormonal və digər dərmanlar, dozaları azaldılıb zərərsizləşdirilir. Təbii tərkibli dərmanlar heç bir dibakterioz yaratmır və fərdi yanaşıldığına görə çox ağır xəstəliklər belə müalicə olunur. 2005-ci ildə Almaniyada 56 ölkə nümayəndələrinin iştirak etdiyi altı günlük beynəlxalq seminar keçirilmişdir. ABŞ,Kanada,İngiltərə, Fransa,MDB ölkələrindən Rusiya və 

Gürcüstanın da iştirak etdiyi mötəbər seminarda klinikanın bir neçə həkimi iştirak etmişdir.Göstərmək lazımdır ki, müəyyən vaxtlarda klinikanın Almaniyaya ezam edilmiş həkimləri bioloji təbabətdəki yeniliklərlə tanış olduqdan sonra onlara sertifikatlar təqdim olunur. Almaniyadan gəlmiş mütəxəssislər təkcə Bakıda deyil, digər bölgələrimizdə də seminarlar təşkil edir, mühazirələr oxuyurlar.Xaricdən dəvət əsasında gəlib Bakıda ,digər bölgələrimizdə Bioloji təbabətin sirlərini,yeniliklərini tədris və təbliğ edən alman mütəxəssislərindən professor Raysı,dosent Banqlovu,isveçrəli Tomas Rayı və başqalarını göstərmək olar.Klinikada istifadə olunan müasir avadanlıqlar Almaniyadan gətirilmişdir. Bakıdakı Bioloji Təbabət klinikasının təşkili və fəaliyyətindən alman həmkarlar razılıq edirlər. Paytaxtın ən müxtəlif tibb müəssisələri ilə qarşılıqlı əlaqə yaratmış klinikanın işi təqdirə layiqdir.Nailiyyətlərin qazanılmasında klinikaya rəhbərlik edən Elxan Yaqubovun böyük zəhməti və rolu olmuşdur. Ənənəvi,xalq təbabəti ilə bioloji təbabəti eyniləşdirmək düz deyil.Badendəki zavodda avtomatlaşdırılmış,robotlaşdırılmış istehsal sayəsində müxtəlif mineral maddələrdən, viruslardan,bakteriyalardan,canlı toxumalardan yüksək texnoloji prinsiplərə əsaslanan biopreparatlar hazırlanır.Bioloji müalicə üsullarında törədicinin özündən istifadə etməklə orqanizmin xəstəliyə qarşı immuniteti yaradılır. Tərkibində komponentlər ( 30-dan çox ) olan dərmanların farmakoloji təsir dairəsi çox genişdir.1981-ci ildə Moskvada 4 aylıq reflekseterapiya kursunu keçmiş müsahibimiz 5 min il əvvəl qədim Çində tətbiq edilən iynəbatırma yolu ilə müalicənin bu gün də öz effektini saxladığını bildirdi. Hələ o zaman qızıl,gümüş iynələrlə ayrı-ayrı nöqtələrə təsir göstərməklə ağrıları götürmək mümkün imiş.Müasir Bioloji təbabət də bu üsuldan faydalanmaqla yanaşı fərdin sağalması istiqamətində onun öz qanından da müalicə zamanı istifadə edir. Bir çox Şərq ölkələrində bioloji təbabət metodundan istifadə olunur.Ümumiyyətlə,bioloji təbabətin yayılma radiusu müxtəlifdir. Hətta Almaniyanın özündə elə şəhərlər vardır ki, bu metod barədə məlumatları belə yoxdur,yaxud elə hallar da vardır ki, həkim onu öz praktikasında tətbiq etdiyi halda, professorlar bioloji təbabət barədə heç bir təsəvvürə malik deyillər.Paytaxtımızdakı Bioloji Təbabət klinikası Elmi Tibbi Mərkəz kimi nəzərdə tutulur.Burada elmi şöbələr fəaliyyət göstərir.Klinikanın Göyçayda,Sumqayıtda filialları vardır. Gəncə-Qazax, Quba-Xaçmaz,Masallı-Lənkəran zonasında filialların açılması nəzərdə tutulur.Bioloji Təbabətin əsas məqsədi xalqın sağlamlığı keşiyində durmaq, insanları sağlam həyat tərzinə alışdırmaq , heç bir cərrahi əməliyyata yol vermədən orqanların qorunmasını, önların özünüdafiəsini təşkil etməklə insan həyatını dəyərli etməkdən ibarətdir.Hər bir sağlam insan xoşbəxt həyat, Vətən üçün dəyərli bir vətəndaş deməkdir. Uşaq xəstəliklərinin müalicəsi ilə bağlı sualımıza Vahid müəllim öz fikrini bildirdi. O, dedi ki, uşaq orqanizmi zərif, inkişafda olduğu üçün yeni müalicə metodu daha effektli alınır. Klinikada çalışan pediatrlar öz balaca pasiyentlərini daha müvəffəqiyyətlə müalicə edə bilirlər. Bioloji Təbabət klinikasına müraciət edən xəstələr əslində burada həm də mənəvi bir dəstək almış olurlar. Tam sağalma ən çox insanın özündən asılı olur. Sağlam həyat tərzi, özünə inam, düzgün qidalanma,təbiətlə daha çox təmas və s. amillər əsas meyara çevrilməlidir. Bu gün dünyanın 70 dövlətinin müraciət etdiyi müasir müalicə metodunun Azərbaycanda tətbiqinə başlanması səhiyyəmizin tarixində yeni bir səhifə açır. Bioloji Təbabət klinikası öz fəaliyyəti ilə bu səhifəyə start verə bilmişdir. İrəlidə görüləcək çox işlər vardır. Səhiyyə ilə bağlı ali təhsil ocaqlarında Bioloji təbabətin elmi əsaslarla tədrisi,fikrimizcə, ölkəmiz və xalqımız üçün daha məqsədəuyğun ola bilərdi. Insan həyatını,onun sağlamlığını qorumaq kimi çox çətin,gərgin ,əziyyətli bir yolda çalışan klinikanın bütün həkim kollektivinə ilk növbədə cansağlığı,işlərində uğurlar arzu edirik.


Sevinc Rzaqızı 

 

 

 

Vahid həkim Sumqayıtda işləyərkən. 1975-ci il

 

 

 

Vahid Məmmədov ilk nəvəsi ilə birlikdə

 

 

 

Vahid Məmmədob bağ evində ortancıl oğlu və iti ilə

 

 

 

Vahid Məmmədov nəvəsi ilə

 

 

 

Vahid həkim həyat yoldaşı və nəvələri ilə birlikdə

 

 

 

Vahid həkim həyat yoldaşı ilə birlikdə

 

 

 

Vahid Məmmədovun həyat yoldaşı, oğlu və nəvəsi

 

 

 

Vahid həkim toyda olarkən

 

 

 

Vahid Məmmədov həyat yoldaşı, gəlini və nəvəsi ilə bağ evində

 

 

 

Həkim Vahid Məmmədov

 

 

 

 

Həkim Vahid Məmmədov

 

 

 

 

Vahid Məmmədov bağ evində həyat yoldaşı ilə

 

 

 

Vahid həkim həyat yoldaşı və nəvəsi ilə birlikdə