Parlaq Gələcəyə Doğru Möhkəm Addımlar -

Parlaq Gələcəyə Doğru Möhkəm Addımlar

Müasir dövrümüzdə Respublikamızın mədəni həyatında hər zaman yenilikləri ilə inkişaf edən, incəsənət sahəsində daima bir sıra yeniliklərə imza atan gənclər gündən-günə artaraq üstünlük təşkil edir. Bu istedadlı gənclər sırasında – öz hərtərəfli bacarığına, çoxşaxəli və fəal yaradıcılığına görə fərqlənən gənc bəstəkar İlahə Qismətin adını çəkmək heç də təsadüfi olmazdı. Bildirmək lazımdır ki, bəstəkar adını qazanmaq yolund çox böyük səylə addımlayan İlahə Qismət, hələ gənc olmasına baxmayaraq öz yaradıcılığı və fəaliyyəti nəticəsində bir çox uğurlar əldə etmişdir.

Onu öz həmyaşıdlarından fərqləndirən əsas cəhət ilk öncə musiqiçi ailəsində doğulmasıdır. Kiçik yaşlarından başlayaraq müntəzəm musiqi savadına yiyələnməsi ilə peşəkar səviyyəli əsərlər yazması və sevilməsi oldu. Onu da qeyd etmək lazımdır ki, gənc bəstəkar Respublikanın Xalq Artisti , Prezident təqaüdçüsü, Müdafiə Nazirliyinin Əlahidə Nümunəvi Hərbi Nəfəsli alətlər Orkestrinin Solisti Zümrüd Məmmədovanın qızı kimi – irsən valideyinlərindən musiqi istedadını mənimsəmişdir və bir ziyalı ailəsində doğulması onun peşəkar musiqiçi kimi yetişməsində müsbət rol oynadı.
İlahə Qismətin bu gün gənc bəstəkar kimi bir çox nəaliyyətlər əldə etməsi heç də təsadüfi olmamışdır. Onun həyat yoluna nəzər salsaq, kiçik yaşlarından başlayaraq daima fəal şəkildə öz istedadını nümayiş etdirərək, daima bu istedadı inkişaf etdirərək ön sıralarda olmasının şahidi oluruq. Hələ 3 yaşında olarkən “Cücələrim” ansamblında iştirak etməsi, musiqi təhsilini “Bülbül adına orta ixatisas musiqi məktəbi”ndə fortepiano (Gülnarə Mirzoyevanın sinifi), həm bəstəkarlıq (Nərgiz Şəfiyevanın sinifi), həm də xanəndəlik ( muğam ustadı Qəzənfər Abbasovun sinifi) sinifini layiqincə bitirməsi , eləcə də bir çox tədbirlərdə fərqlənərək iştirak etməsi onun gələcəyinin parlaq olacağına sübut kimi verilə bilər. Təbii ki, bu uğurlar, bacarıqlar arasında özünə əsas sənət olaraq bəstəkarlığı seçmişdir. Gənc bəstəkar İlahə Qismət bir çox müsahibələrində bəstəkar olmaqa qərar verdiyi anı belə xatırlayır : “ Bu baş vermiş hadisə mənim həyatımda çox mühüm rol oynamışdır ki, bunun sayəsində - “Mən mütləq bəstəkar olmalıyam” fikrini özümdə dəqiqləşdirdim.
İlk dəfə bəstəkarlıq sinifinə gedəndə 9 yaşım var idi. Müəlliməm Nərgiz Şəfiyeva mənə istədiyin bir janrda musiqi yaz gətir deye qarşımda bir tələb qoydu. Evə gəldikdə əlimə keçən ilk kitab Zəminə Xınalının “Müqəddəs Vətən” adlı məcmuəsi idi. Məhz onun ilk səhifəsində yer alan “Müqəddəs Vətən” şeiri mənim diqqətimi cəlb etdi və böyük həvəslə bu şeirə marş yazdım. Bir neçə gün sonra Nərgiz xanım marşımı dinlədi və çox beyəndi. Dərsdən çıxdıqdan sonra Nərgiz xanıma bir söz demək üçün müəllimlər otaqında geri qayıdanda müəlliməmin həvəslə iş yoldaşları ilə fikrini bölüşdüyünü eşitdim : “Bilirsiz ? mənə Zümrüd Məmmədovanın qızın veriblər dərs kecməyə. Uşaqa musiqi yaz dedim, ilk əsər olaraq mənə marş gətirdi. Uşaqlıqdan bəri anasından gələn patriotizm nəcə uşaqa hopubsa ilk musiqisi hərbi, vətənpərvər marş oldu.”
Təxminəm bir neçə il sonra bu əsər ilə Müdafiə Nazirliyinin Hərbi Orkestrinin dirijoru Professor Yusif Axundzadəyə müraciət etdik. Yusif müəllim əsəri böyük qayğı ilə qarşıladı və əsər hazırlandıqdan bir müddət sonra biz məşqə dəvət olundur. Bu əhəmiyyətli gün idi. Məşq zalında girdim qarşımdakı mənzərə məni yerdən göyə qaldırdı. Bütün böyük bir orkestr mənim əsərimi- “Müqəddəs Vətən” marşını əzəmətli səslə ifa edirdi. O an keçirdiyim hisslər təsvir olunmazdı. Orkestrın arxasında Yusif Axundzadənin dirijorluqu altında və anam Zümrüd Məmmədovanın ifasında marşı dinlədim. İfa bitdikdən sonr Yusif müəllim məni orkestra təqdim edərək dedi : “Bu gun əsərin bəstəkarı da burda bizlədi.” (əli ilə məni işarə etdi, hərkəs arxaya çönüb baxdı-arxada yalnız kiçik bir qızcığaz var idi. Heç kim olmadığını düşünərək ifaçılar önem verməyib üzün çevirdi,) Yusif müəllim təkrar etdi : “ Düz deyirəm, odu, odu. Bəstəkar o uşaqdı” .
İfaçılar bir daha arxaya çöndü və hər kəs əlindəki aləti qoyub məni alqışlamaqa başladı. Bu mənim ilk alqışlarım idi. O an qərara aldım ki, mən mütləq bəstəkar olmalıyam.” Bu baş vermiş əhvalat bir bəstəkar kimi İlahə Qismətin ilk uğurunun necə ciddi olduğunu təsdiq edir.
Həmçinin qeyd etməliyik ki, gənc bəstəkarın uğurlu addımları bununla bitmir. Ən böyük nəaliyyətlərinə bəstəkar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasında Azərbaycan Respublikasının xalq artisti , Professor Arif Məlikovun sinifinə daxil olduqdan sonra əldə etməyə başlayır.
Belə ki, İlahə Qismət təhsil aldığı 4 ildə öz müəllimindən bəstəkarlıq məktəbinin bir çox sirrlərinə yiyələnərək bir-birindən maraqlı və peşəkar səviyyəli əsərlər yaratmağa başlayır. Peşəkar müəllimdən dəyərli məsləhətlər alan bəstəkar-tələbə təhsil aldığı illərdə “20 prelüddən ibarət silsilə”, “Anxiety”- (əndişə) fortepiano üçün Sonatina”, “Reasons” String Quartet N-1- Bela Bartoka həsr olunmuşdur, Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış “Hisslər” adlı silsilə romanslar, “Qələbə” Simfonik Poeması və s.
Qeyd etmək lazımdır ki, gənc bəstəkarın bir nəçə əsəri – Vokal-Aytac Şıxalizahə, Piano- Nərgiz Ağayeva “Fikir Qanadlarım”, “Xatirələr” və həmçinin II kursda yazdığı pyeslər silsiləsi müəllifin öz ifasında “Qızıl Fonda” daxil olub.
Ilahə Qismət Bakı Musiqi Akademiyadında təhsil aldığı illərdə eyni zamanda ikinci ixtisas kimi – Simfonik Orkestr Dirijorluğuna yiyələnərək istedadlı, tanınmış dirijor Əyyub Quliyevdən dərslər almışdır.
Hərtərəfli fəaliyyəti, təhsil müddətində əlaçılığı ilə fərqlənməsi və əldə etdiyi nəaliyyətlərə görə Qara Qarayev təqaüdünə layiq görülmüşdür. Nəhayət gənc bəstəkar illər ərzində öz zəhməti ilə gəldiyi bu yerdə təhsil aldığı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli tərəfindən İyun ayının 24ü keçirilən möhəşəm Məzun Günündə təntənəli şəkildə Qırmızı Diploma layiq görüldü.
Tədbidə Bəstəkarın 2 romansı-“Xatirələr”, “Mən Sevirəm” Dilarə Əliyeva (vokal), Nigar Hüseynzadə (piano) tərəfindən səsləndi və böyük rəğbətlə dinləyicilər tərəfindən qarşılandı.
Qazandığı uğurlarla kifayətlənməyən İlahə Qismət məhz elə bu il təhsilinin davamı olaraq Magistratura pilləsinə qəbul oldu.
Musiqi fəaliyyəti ilə yanaşı bəstəkar daxildən aşıb-daşan istedadla digər sahələrdə- rəssamlıq, aktrisalıq, ssenarist kimi də özünü yoxlamışdır. Kiçikliyindən bəri rəsm çəkməyə həvəsi olan İlahə Qismətin bu istedadı Nənəsi Əminə xanıma arxalanır. Heykəltaraş, filoloq olan Əminə xanım eyni zamanda gözəl rəssam idi. Bu da özünü İlahənin istedadında da biruzə verib. İlahə Qismət özünün ssenari müəllifliyi və aktrisalıq kimi fəaliyyətini “Arzulara Gedən Yolda” qısametrajı filimində təqdim etmişdir. Bu filmdə İlahə təbii ki, bəstəkarlıqdan yan keçməmişdi. Filmin musiqisi də İlahə Qismətə aiddir.
Beləliklə fəal gənclərdən olan İlahə Qismət incəsənət sahəsi ilə kifayətlənməyərək bu enerji ilə İctimai işlərdə də özünü sınamışdır. Hal- hazırda İlahə Qismət Heydər Əliyev İdealogiyasını davam etdirən “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İB-nin Sədr Müavinidir. Aşıb- daşan bu uğurlarla gənc bəstəkarı təbrik edir, fəaliyyətini bu yüksəlişlə davamını gözləyib, ona bundan da yüksək nəaliyyətlər arzu edirik. !

Lalə Namiqqızı