“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin HüquqlaınınMüdafiəsi” İctimai Birliyi Beyləqan rayonunda məlumatlandırma sessiyası keçirib

“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin HüquqlaınınMüdafiəsi” İctimai Birliyi “Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”-nın maliyyə dəstəyi ilə “Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlar arasında seçici fəallığının artırılması” layihəsi çərçivəsində Beyləqan rayonunda məlumatlandırma sessiyası keçirib. Layihənin keçirilməsində məqsəd Beyləqan rayonunda yaşayan vətəndaşları seçici qanunvericiliyi sahəsində maarifləndirmək, habelə yaradılmış bələdiyyələrin hüquq və vəzifələrini vətəndaşlara aşılamaqdan ibarətdir. Görüş zamanı iştirakçılara və ilk dəfə seçkilərdə iştirak edəcək şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş seçici hüquq və vəzifələri çatdırılmış, seçki prosesi haqqında məlumatların əldə edilmə qaydası, bələdiyyələrin sosial öhdəlikləri və vəzifələri barədə geniş informasiya verilib. Qeyd edək ki, bununla da layihə çərçivəsində nəzərdə tutulmuş məlumatlandırma sessiyaları başa çatmışdır. Nəzərinizə çatdırmaq istərdik ki, həyata keçirilmiş layihənin davamlılığını təmin etmək məqsədi ilə təşkilat tərəfindən bu səpkidə növbəti görüşlərin, təlimlərin və məlumatlandırma sessiyalarının digər bölgələrdə həmçinin Bakı şəhərində keçirilməsi planlaşdırılır.