Məhərrəm Musayev-65 - FOTO

Məhərrəm Musayev-65 FOTO

Həyatda və səhnədə təbii olan insan.
( Portiret jizgiləri)

 

Yaxşı yadımdadır ki, 1971-ji ildə biz Mirzağa Əliyev adına Azərbayjan Dövlət İnjəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə ( indiki Mədəniyyət və İnjəsənət Universiteti) imtahan verən vaxtı, bizimlə orta boylu, çox jəld hərəkətli, baxışı, hərəkətləri, danışığı çox baməzə olan bir oğlan da imtahan verirdi. Baxmayaraq o, hər bir sözu, jümlələri çox jiddi deyirdi, amma biz onun sözlərinin deyilişindən gülümsünürdük. O, özünün belə baməzə hərəkətləri və söhbətləri ilə ətrafına daha çox müdavimi yığa bilirdi. O vaxt bizdən sənət imtahanlarını tanınmış teatr xadimləri, Azərbayan peşəkar teatrında öz izləri olan Rza Təhmasib, Adil İsgəndərov və Mehdi Məmmədov götürürdülər. Onlar bu javan oğlana aktyor sənəti, səhnə danışığı və ritmikadan 5 qiymətlər yazmışdılar. Səhv etmirəmsə bu üç fənnən jəmi 4-5 nəfər, əla qiymətlər almışdı, onlardan da biri bu javan, xoş simalı, gülərüz oğlan idi. O biri imtahanların gedişində biz onunla yaxından tanış olduq. Məlum oldu ki, biz onunla eyni rayondan və qonşu kəndlərdənik. Hətta uşaq yaşlarımızda bir yerdə futbol oynayıb, onların və bizim kəndlərdə olan istillərdə (su anbarları) balıq tutmuşuq, çimmişik. Hətta bizim nəsillərimizin ulu kökləri XVI-XVII əsrlərdə Ərdəbil mahalından gəlib və bu yerlərdə kök salıblar. Tale elə gətirdi ki, hər ikimiz dram və kino aktyorluğu fakültəsinə qəbul olduq. Mən Mehdi Məmmədovun, o isə Fikrət Sultanovun kurslarına. Baxmayaraq biz sənət dərslərini ayrı keçirdik, amma başqa dərslərimiz bir yerdə olurdu. Həmin dərslərdə də bu javan oğlan dərsin gedişində elə bir baməzə gümlə deyirdi ki, nəinki tələbə yoldaşlarımız, hətta müəllimlərimiz də gülürdülər. O, Azərbayjan cümlələrinə bəzi fransız sözləri əlavə etməklə elə maraqlı danışırdı ki, kənardan ona qulaq asanlar elə bilirdilər fransızdır. Dərsin ən gərgin vəziyyətində, dərsləri bilməyəndə müəllimlər bizim üstümüzə hirslənəndə, o, fransız ləhjəsi ilə danışırdı. Müəllimlər gülümsünür və gərginlik aradan götürülürdü. Ona görə də biz o vaxtlar həmin oğlana «Müsyö» deyirdik.
Dörd il təhsil aldığımız müddətdə həmin oğlan hamının sevimlisi, ən yaxın dostu, həmsöhbəti, sirdaşı oldu. O, kurs tamaşalarında oynadığı maraqlı, xarakterik rolları ilə sübut edirdi ki, gələjəkdə yaxşı, perspektivli aktyor ola biləjək. Oldu da. O, oynadığı roldan-rola yüksəldi, püxtələşdi. Bir obrazda tapdığı xarakteri başqasına köçürmədi. Hər obrazın özünə uyğun daxili monoloq qurdu, yeriş, baxış tapdı. Çalışdı ki, hər bir rolunda səmimi və təbii ollsun. Təkjə teatrda yox, həm də kinoda maraqlı rollar oynadı. Bax bu peşəkarlığına, Allah vergisi olmağına görə, təkjə tamaşaçıların yox, həm də recissorların sevimlisinə çevrildi.
Bayaqdan haqqında xoş sözlər danışdığım, artıq adını Azərbayjan teatr tarixinə ustad sənətkar kimi yazan və bu gün Azərbayjan Dövlət Gənj Tamaşaçılar Teatrının aparıjı aktyorlarından biri olan, 1949- ju ilin oktyabr ayının 28- də dünyaya gələn Məhərrəm Məmmədhəsən oğlu Musayevdir.
Biz ali məktəbi qurtaranda təyinatla ayrı-ayrı yerlərə işləməyə göndərildik. Mən Şəki Dövlət Dram Teatrına göndərildim. Altı ay bu teatrda işləyəndən sonra Sumqayıt Dövlət Dram Teatrında işləmək üçün dəvət olundum. Amma Məhərrəm Nəjəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında işlədi. Təsəvvür edin ki, 3 illik təyinatla Nəjəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına akytor işləməyə gedən Məhərrəm Musayev düz 25 il bu teatrda işlədi. 80- dən artıq, bir-birindən maraqlı rollar oynadı bu teatrın səhnəsində. Onun recissor sənətinə marağı olduğunu görüb, teatrın rəhbərliyi bir neçə tamaşya ikinji recissor təyin etdi Məhərrəmi. Özünün recissura sahəsində oricinal fikirləri olduğunu görüb, hətta bu teatrda aktyor işləyə-işləyə iki illik Moskvada recissorluq təhsili almağa göndərdilər onu. Keçmiş Sovetlər İttifaqının ən tanınmış recissorlarından biri olan və özünün dəsti-xəttini, məktəbini yaradan Mark Zaxarovun tələbəsi oldu Məhərrəm. Zaxarovun rəhbərlik etdiyi Lenkom Teatrında iki il təjrübə mübadiləsi keçdi. Moskvada təhsil aldığı müddətdə və ondan sonrakı illərdə, Məhərrəm Musayev Lənkəran Dövlət Dram Teatrının səhnəsində, Süleyman Sani Axundovun «Tamahkar», Geor Xuqayevin «Andro və Sandro», Nəjəf bəy Vəzirovun «Pəhlivani zəmanə», Jamal Yusifzadənin «Dağlar arxasız olmur», «Şah və təlxək», Jəlil Məmmədquluzadənin «Ölülər» (Baba Rzayevlə birlikdə) və Abdulla Şaiqin «Qoçpolad» pyeslərinə maraqlı quruluşlar verdi. Bu tamaşalar haqqında teatr mütəxəssisləri maraqlı ressenziyalar yazdılar. Məhərrəm bu tamaşaları ilə sübut etdi ki, o, nəinki maraqlı aktyor, həm də öz dəsti-xətti olan istedadlı recissordur.
Yadıma gəlir ki, 1983-jü ildə Lənkəran Dövlət Dram Teatrı Bakı şəhərinə qastrol səfərinə gəlmişdi. Həmin tamaşalardan ikisində- «Ölülər»də Mir Bağır ağa və «Səhər qatarı»ında Kərim rollarında Məhərrəm Musayev çıxış edirdi. Onun oynadığı hər iki rol teatr mütəxəssisləri və tamaşaçılar tərəfindən yüksək qarşılandı. Tanınmış teatr tənqidçiləri baş recissordan xahiş etdilər ki, onun üçün məxsusi pyeslər götürsün. Çünki o, İnnakenti Smaktnovski tipli aktyordur. Amma teatr Lənkərana qayıdandan sonra ona teatrda üç il rol vermədilər. Bax belə yanaşma tərzi yalnız bizim məmləkətdə ola bilər.
Yolum Lənkərana düşəndə, həmişə bu teatrın tamaşalarına baxırdım. Və hər bir tamaşada Məhərrəmi bir akytor və recissor kimi kəşf edirdim. Tale belə gətirib ki, mən onun oynadığı tamaşalar- «Xırs qurdurbasan», «Soldat Şveykin majəraları», «Əliqulu evlənir», «Nikbin fajiə», «Ölülər», «Prokuror», «Xoşbəxtlər», «Səhər qatarı», «Şah və təlxək», «Qış nağılı», «Maqbet», «Müsibəti Fəxrəddin», «Oktay Eloğlu», «Tamahkar», «Qəribə oğlan», «Vaqif» və başqalarına baxmışam. Bu tamaşalarda oynadığı- Tanrıverdi, Smulyant, Əliqulu, Xır-xır, Mirbağır ağa, Prokuror, Bərbərzadə, Kərim, Şah, Gənj çoban, Qross, Fəxrəddin, Oktay Eloğlu, Hajı Murad, Muraveyka, Eldar və başqaları, xarakterjə bir-birinə oxşamayan, tam ayrı-ayrı səpkidə, amplualarda olan obrazlardır. Məhərrəm Musayev bu rolları elə ustalıqla yaradırdı ki, təkjə tamaşaçılar yox, teatr mütəxəssisləri də onun haqqında böyük həvəslə danışırdılar. Amma çox əfsus ki, bu tamaşaların demək olar ki, çoxu həmin vaxtlar Azərbayjan Dövlət Televiziyası tərəfindən çəkilməyib. Və böyük bir nəsil aktyorlar haqqında indiki tamaşaçıların demək olar ki, heç bir təsəvvürü yoxdur. Eləjə də əyalətlərdə işləyən recissorların hazırladığı tamaşalardan yalnız fotoşəkillər və saralmış qəzet məqalələri qalıb. Bu əlbəttə, Azərbayjan teatr tarixi və mədəniyyəti üçün dəhşətli hadisədir. Belə biganəlik və teatrlarımıza ögey münasibət həmin vaxtlar yalnız bizim məmləkətdə olub. Azərbayjan televiziyasına həmin vaxtlar rəhbərlik edənlər əgər bir az uzaqgörən, millətinin mədəniyyətini, teatrını sevən olsaydılar, görün bu gün keçmiş teatr tariximizin nejə böyük janlı arxivi, səlnaməsi qalardı. Biz, çox şeyə bijanə olduğumuz kimi, teatrlarımıza da biganə olmuşuq. Dözülməz və dəhşətli hal budur ki, həm o vaxtlar və həm də indi televiziyalar mərkəzdən kənarda olan teatrlara bir əyalət prinsipi ilə yanaşırlar. Çox vaxt bu teatrların tamaşalarını lentə çəkib, öz kanallarında göstərmirlər. Onlar bu gün yemək bişirməyə, bayağı, şit, əttökən verilişlərə, müğənnilərin qarderobuna, kiminlə sevişməsinə daha çox üstünlük verirlər. Bax bununla da onlar çox böyük səhv edirlər. Çünki mərkəzdən kənarlda olan teatrların da biri-birindən maraqlı tamaşaları var. Həm də həmin teatrlarda işləyən aktyorlar tamaşaçılar üçün yenidir. Kino recissorlarımız da, hansılar ki, özlərini əziyyətə salıb, kino çəkəndə həmin teatrlara gedib, yeni aktyorlar yığmağa vaxtları olmadığından, heç olmasa məjbur olub bu tamaşalara baxmaqla özlərinə maraqlı aktyor seçimi edə bilərlər.
Təsəvvür edin əgər Məhərrəm Musayevin oynadığı həmin rollar və quruluş verdiyi tamaşalar lentə çəkilsəydi, bu gün bu aktyor və recissorun böyük bir janlı arxivi gələjək nəsillərimiz üçün ərmağan qalardı. Belə bir fitri istedadlı aktyora indiyə kimi, fəxri ad verməyənləri, tamaşaçılar tənbeh edərdələr. Onun haqqını tələb edərdilər ki, əgər üç-dörd il səhnədə çalışan və elə də maraqlı rollar oynamayan aktyora fəxri ad verilirsə, ömrünün 40 ilini səhnəyə həsr edən, böyük bir rollar qalereyası yaradan, 20- dən çox tamaşaya msaraqlı quruluşlar verən Məhərrəm Musayev niyə bu vaxta kimi, özünün layiqli qiymətini, haqqını almayıb? Niyə Məhərrəm Musayev kimi, əyalətdə işləyən sənətkarlar uzun illər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən unudulub? Niyə onlar fəxri ad və Prezident mükafatından, təqaüdündən kənarda qalıblar?
Tale elə gətirdi ki, Məhərrəm Musayev 2000- ji ildən Bakıya köçdü. Daha doğrusu özünün dediyi kimi, uşaqları paytaxtda təhsil aldıqlarına görə, Ləkərandakı evini ehtiyaj ujbatından satıb, Bakıda kirayənişin yaşayaraq, övladlarının yanında olmağı üstün tutdu. Elə həmin ildən də tələbə yoldaşımız, Əməkdar injəsənət xadimi Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənjlər Teatrında işə başladı. Hüseynağanın quruluşunda bir neçə tamaşada maraqlı rollar oynadı. Artıq Bakıda işləyəndə onu kino recissorları da gördülər. Təbii və inandırıjı aktyor kimi bəyəndilər. Beləliklə, bir-birinin ardınja o, çoxlu kinolarda, teleseriallarda çəkilməyə başladı. Bu gün Məhərrəm Musayevin aktyor bioqrafiyasında 40 kino obrazı var. Hər biri də bir-birindən maraqlı. Baxmayaraq ki, bu rolların bəziləri epizodikdir, amma yadda qalandır. Bu da aktyordan ustalıq tələb edir ki, oyandığı epizodik rolu tamaşaçıya sevdirə bilsin.
Heç vaxt təsəvvür etmirdim ki, nə vaxtsa mənim quruluş verdiyim tamaşalarda Məhərrəm də oynayajaq. Tale qismət verdi ki, ali məktəbi bitirdiyimiz vaxtdan iyirmi səkkiz il keçəndən sonra, Dövlət Gənjlər Teatrında 2003-jü ildə mənim qələmə aldığım «İnan mənə» tamaşasında Məhərrəm Musayevlə aktyor və recissor kimi işlədik. O, bu tamaşada, çox xarakterik olan və yalnız bir epizodda görünən, Eksperimental klinikanın müdiri, professor Əmirov rolunda çıxış etdi. Məşq prosesində mən Məhərrəm Musayevin maraqlı axtarışlarını görür və ona yeni-yeni tapşırıqlar verirdim. O da bu tapşırıqları böyük həvəslə və yüksək ustalıqla yerinə yetirirdi. Məhz buna görə də tamaşaların gedişində Məhərrəm Musayevin oynadığı professor Əmirov tamaşaçıların yaddaşında qaldı və onun yalnız bir epizodda yaratdığı bu obraz, o, səhnədən çıxan vaxtı həmişə sürəkli alqılşarla qarşılanırdı. Sonra bizim onunla ikinji müştərək işimiz istedadlı yazıçı-dramaturq Zeydulla Ağayevin, məşhur ingilis yazıçısı Somerset Moemin «Əyilməzlik» povestinin motivləri əsasında yazdığı «Haray» pyesindəki Müsyo Perye obrazı oldu. Pyesdə az sözü olan, lakin bütün tamaşa boyu səhnədə olan, ipə-sap yatmayan qızı Anetə nəsihət verən Müsyo Perye -Məhərrəm Müsayev bu rolu o qədər təbii və inandırıjı oynayırdı, bəzən mən yaddan çıxarırdım ki, bu tamaşanın quruluşçu recissoruyam və onun oyununa tamaşaçı kimi baxırdım. Əsasın də o, sözsüz səhnələrdə daha maraqlı görünürdü.
Bu gün Azərbayjan teatr səhnəsində sözsüz səhnələri inandırıjı oynayan aktyorlar təəssüf ki, çox azdır. Çünki sözsüz səhnəni oynamaq üçün aktyordan böyük peşəkarlıq, yüksək daxili monoloq qurmaq bajarığı və səhnədə təbilik daha çox tələb olunur. Məhərrəm Musayev də bu gün Azərbayjan teatrında bu işin ustası olan 10-15 sənətkarlardan biridir. Bizim bu teatrda onunla üçünjü işimiz daha çətin olub. Belə ki, mənim quruluş verdiyim, klassik rus dramaturqu Aleksandr Suxovo-Kobılinin «Tarelkinin ölümü» qrotesk-oyun, satirik komediyasında Məhərrəm Musayev birdən-birə iki və bir-birindən kəskin surətdə fərqlənən rollar oynadı. General Varravin və kapitan Polutatarinov. Bu rolları vaxtı ilə Rusiyanın ən tanınmış, klassik aktyorları ifa ediblər. Bu gün də Moskvada özünün yaratdığı teatrda bu rolları, bizim «İstintaq» və başqa kinofilmlərdən tanıdığımız məşhur aktyor Aleksandr Kalyagin oynayır. Məhərrəm Musayev özünün təbii aktyor oyunu ilə hər iki rolu yüksək obraz səviyyəsinə qaldıra bildi. Və recissor kimi təkjə məni yox, həm də tamaşaya baxan teatr mütəxəssislərini tam qane elədi. Dövlət Gənlər Teatrında bizim onunla son işimiz maraqlı şair, istedadlı dramaturq Əməkdar injəsənət xadimi Hidayətin «Məhəbbət yaşayır hələ» tamaşasındakı baş rol Əliş Vəlişoviç oldu. Məhərrəm bu rolu da özünə məxsus ustalıqla yaratdı. Səhnəyə hər gəlişi və çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanırdı. Çünki o, bu rolu obraz səviyyəsinə qaldırıb, qəhrəmanının iztirablarını, düşdüyü çətin vəziyyətlərdən nejə çıxmağın yollarını təbii formada fikirləşirdi. O, həqiqətən tamaşaçının gözü qarşısında iztirablar keçirir, başqalaşır, düşdüyü axmaq vəziyyətdən çıxmaq yollarını axtarırdı.
2009- ju ilin may ayında Dövlət Gənjlər Teatrı, Azərbayan Dövlət Gənj Tamaşaçılar Teatrı ilə birləşəndən sonra, bizim Məhərrəm Musayevlə işlərimiz artıq bu teatrda davam elədi. Bu teatrda təkjə mən yox, teatrın istedadlı və maraqlı recissorları, Xalq artistləri Jənnət Səlimova, Vaqif Əsədov da ona biri-birindən maraqlı rollar verdilər. Bu teatrda isə bizim Məhərrəm Musayevlə ilk işimiz Vaqif Əlixanlının «Əjəl atı» tamaşasında onun oynadığı çox xarakterik Şəmi obrazı oldu. Həddindən artıq xarakterik bir rol olan Şəmini Məhərrəm Musayev yüksək peşəkarlıqla yaratdı. Onun oynadığı bu rol təkjə teatr mütəxəssislərinin yox, həm də tələbkar tamaşaçıların xoşuna gəldi. Məhərrəm Musayev bu gün ömrünün maraqlı illərini yaşayır. O, artıq peşəkar aktyor kimi həm teatr və həm də kino recissorlarının diqqətini daha çox gəlb edir. İnanıram ki, o, bundan sonra da biri-birindən maraqlı rollar oynayıb, tamaşaçıları və dostlarını sevindirəjək.
Məşhur «Santa Barbara» teleserialında Meyson rolunun ifaçısı, tanınmış Amerika aktyoru Leyn Devis onun oynadığı «Ağabəyovlar» teleserialına baxandan sonra, yerindən ayağa durub, əlini Məhərrəmə uzadaraq, onun oyununu yüksək qiymətləndirib və deyib: «Bu aktyor peşəkar ustadır və Azərbayan üçün böyük tapıntıdır. O, Azərbayanda K. S. Stanislavski yaşama məktəbinin çox yaxşı yetirməsidir».
İstəyirdim ki, Məhərrəm Musayev haqqında fikirlərimi elə burada da tamamlayım. Amma onunla etdiyim söhbət və verdiyim suallara lakonik javabları məni məjbur elədi ki, fikirlərimi daha əhatəli yazım.
- Məhərrəm nejəsən?
- Hamı kimi.
- Professional səhnədə ilk rolun yadındadırmı?
- Əlbəttə. Bertold Brextin «Soldat Şveykin məjəraları» tamaşasında Smulyantı onamışam. Bu rolum teatr rəhbərliyinin xoşuna gəldiyinə görə, Anatoli Safronovun «Qəribə doktor» tamaşasında əsas rol olan Muraveykanı mənə verdilər. Deyilənə görə, bu rolu da pis onymadım.
- Ən çox sevdiyin yazıçılar kimlərdir?
- Fyodor Dostayevski, Aleksey Ostrovski, Mirzə Fətəli Axundov, Nəjəf bəy Vəzirov və Jəlil Məmmədquluzadə.
- Bəs ən çox sevdiyin recissorlar?
- Mark Zaxarov, Valeri Fokin, ilk sənət müəllimim Fikrət Sultanov və biri də var, amma adını demirəm. (Üzümə baxıb gülümsünür).
- Ən çox sevdiyin aktyorlar kimlərdir?
- Səhnədə düşünməyi bajaran və təbii hərəkətlər edən, heç bir oyun tərzinə getməyən, obrazın yaşayış tərizini başa düşüb, onun kimi yaşamağı bajaran aktyorlar.
- Ən çox sevdiyin müğənnilər hansılardır?
- Müasir müğənniləri xoşlamıram. Klassik müğənnilərdən isə Rəşid Behbudov, Sara Qədimova, Şövkət Ələkbərova, İslam Rzayev, Akif İslamzadə və Demis Russos daha çox ürəyimə yatır. Onların oxuduğu mahnılara saatlarla qulaq assam belə yorulmaram.
- Ən çox sevdiyin musiqi aləti hansıdır?
- Tar və kamança.
- Ən çox sevdiyin şəhər və kənd?
- Onların sayı bir az çoxdur. Əlbəttə, adam doğulduğu kəndi çox sevər. Hətta o daşlıq, qayalıq olsa belə. Mənim də ən çox sevdiyim kənd doğulduğum Masallı rayonunun Şərəfə kəndidir. Lənkəran və Bakı şəhərləri də mənim tale şəhərlərimdir.
- Ən çox sevdiyin xörəklər hansılardır?
- Balıqdan hazırlanmış bütün yeməkləri xoşlayıram.
- Teatr sənətindən başqa ən böyük məşğuliyyətin nədir?
- Hə, burada yaralı yerimə toxundun. Əlbəttə ki, balıq tutmaq. Yəni mən balıq tumağı da öz aktyorluq sənətim kimi sevirəm. Çünki mən balıq tutmağa gedəndə istirahət edirəm. Hər jürə dərddən-qayğıdan uzaq oluram. Elə bil ki, o balıq qırmağının propkasına baxanda dünyanın bütün qayğıları yadımdan çıxır. Gözəl-gözəl fikirlər adamın ağlına gəlir. Balıq tutanda rollarım üzərində işləyirəm.
- Ən yaxın dostların kimlərdir?
- Məni başa düşənlər. Dostluq etdiyim adamlar çox olub. Əsasən də teatr işçiləri.
- Ən böyük arzıların hansılardır?
- Səhnədə xarakterik rollar oynamaq. Və birdə ki, övladlarımı lazım olan səviyyəyə çatdırmaq. Mənim üç övladım və iki nəvəm var. Övladlarım ali təhsillidir. İstəməmişəm ki, mənim sənətimi davam etdirsinlər. Çünki aktyor sənəti çox məşəqqətlidir. Özləri istədiyi sənətlə məşğuldurlar. Oğlanlarım su polisi sistemində çalışırlar. Qızım evdar qadındır.
- Ən çox istədiyin adam kimdir?
- Mənə elə gəlir ki, hər kəsin ən çox sevdiyi adam onun ailəsi olmalıdır. Məndə də belədir. Çünki məni başa düşən həyat yoldaşım və uşaqlarım var. Onlardan da çox razıyam.
- Dünayada gedən hadisələrə münasibətin nejədir?
- Dünyanın işlərinə qarışsan da, qarışmasan da o yalnız öz axarı ilə gedəjək. Mənə elə gəlir ki, adam gərək həmişə ağılla, düşünjə ilə hərəkət eləyə. Qaldı mən, siyasətə heç vaxt qoşulmuram. Çünki siyasət mənim girəjəyim kol deyil. Hər kəs öz işi ilə məşğul olanda, həyat onun üçün daha gözəl və maraqlı olur.
- Ömrünün 40 ilini peşəkar teatr səhnədə çalışan Məhərrəm Musayevin Azərbayjan teatrının bugünkü gününə münasibəti nejədir?
- İstərdim ki, teatrlarımız klassik dramaturqlara daha çox mürajiət etsinlər. Bu tamaşaların hazırlanmasına da dövlət səviyyəsində quruluş xərjləri ayrılsın. Teatr işçilərinə heç olmasa ortabab dolanmaq üçün maaş versinlər ki, onlar öz sevimli işlərilə lazım olan səviyyədə məşğul ola bilsinlər. Teatr sənətində çalışan aktyorlar, recissorlar, rəssamlar və başqa işçilər layiq olduqları fəxri adları vaxtında alanda daha gözəl olur. Deməli, onların əməyi vaxtında layiqinjə qiymətləndirilir. Əfsus, sədd-heyi ki, bizdə belə deyil.
Teatr insanlara gələjəyi göstərən, onların tərbiyəsi ilə məşğul olan müqəddəs bir məktəbdir. Məbəddir. Burada çalışan insanlar da həm daxilən və həm də xarijən təmiz, pak olmalıdırlar. Əgər belə olmasa, çətin ki, bu sahədə uğurlar qazanmaq olar.
Beləjə biz, Məhərrəm Musayevlə sualları da burada tamamladıq. Amma bizim onunla qarşıda hələ çoxlu yaradıjılıq işlərimiz var. Təki Allah qismət eləsin və bizə jan sağlığı versin ki, həmin işlərimizi reallaşdıra bilək. Çünki, onun oynamaq istədiyi çoxlu rollar var. Bununla bağlı da mən tamaşalar hazırlamağı fikirləşirəm. Eləjə də tanınmış kino recissorları onu, quruluş verdikləri kinofilmlərdə baş rollara dəvət edirlər. Bəs görəsən Azərbayjan Mədəniyyət və Turizm Nazirliyi nə fikirləşir? Görəsən bu vaxta qədər Məhərrəm Musayevin layiq olduğu fəxri adlar və mükafatlar bu günə qədər verilməyibsə, heç olmasa indi Nazirlik onun layiq olduğu haqqını verəjəkmi? Axı nazir Əbülfəs Qarayev işlədiyi bu müddətdə, doğrudan da illərlə haqlı və layiq olanların, haqqını özlərinə qaytarır. O, Azərbayan teatrlarına yüksək formada yanaşmaqla, orada çalışanların da layiqli qiymətini verir.
Deməli, Məhərrəm Musayev kimi, layiqli sənətkar da tezliklə yada düşəjək. Biz buna inanırıq. Çünki haqq tezliklə öz yerini tapmalıdır. Axı haqqın qarşısını almaq özü böyük günahdır.
Ağalar İDRİSOĞLU
Yazıçı-recissor, Əməkdar injəsənət xadimi