Tofiq İsmayılov adına Uşaq-Rəsm Qalereyası -

Tofiq İsmayılov adına Uşaq-Rəsm Qalereyası

Tofiq İsmayılov adına Uşaq-Rəsm Qalereyasınin şöbə müdiri Aynurə Həşimova ilə müsahibə

Rəhilə Məmmədzadə, Uşaq-rəsm qalereyasının müəlliməsi.

Bu gün Tariverdiyeva Cəmilənin fərdi sərgisidir. Bu uşağın 9 yaşı var, o rəsm sənətinə hələ təzə addımlarla qədəm qoyub. Onu ruhlandırmaq üçün yeni il qabağı ona hədiyyə etmişik. Cəmilə kimi bizdə istedadlı uşaqlar çoxdur və bizim də borcumuz onlara qayğı göstərməkdir

Tofiq İsmayılov adına Uşaq-Rəsm Qalereyasınin şöbə müdiri Aynurə Həşimova ilə müsahibə

Bizim qalereyada mütamadə olaraq fərdi sərgilər keçirilir. Bir il ərzində qalereyada təhsil alan şagirdlərin ən istedadlarını seçirik, onların fərdi sərgilərini keçiririk. əsasən belə sərgilər ilin əvvəlində və yekununda keçirilir. Bu gün də Tariverdiyeva Cəmilənin fərdi sərgisidir. Bizdə tez-tez şəhər, Respublika miqyasında sərgilər keçirilir. Tofiq İsmayılov adına Uşaq-Rəsm Qalereyası Uşaq Gənclər Yaradıcılıq Sarayının nəzdnindədir, Saray da Təhsil Nazirliyinin tabeçiliyindədir. Intensiv olaraq Təhsil Nazirliyinin keçirdiyi Respublika miqyaslı sərgilər keçirilir. Bu sərgilərdə də bizim qalereyanın dərnək üzvləri iştirak edir. Bu sərgilərin də çoxusu bizim rəsm qalereyasında keçirilir. Bizdə həm də rəsm işlərini nümayiş etdirən 3 salon da var. Biz daim istedadlı uşaqlara dəstək olmalıyıq və bu üzdən çalışırıq ki, bacarıqlı şagirdləri ruhlandıraq, onların əl işlərinin sərgisini keçirək. Sizə də təşəkkürümü bildirirəm ki, gəlib sərgini işıqlandırırsınız.

Ziya SƏCCAD Babayev