Dövlət Radiotezliklər İdarəsi... -

Dövlət Radiotezliklər İdarəsi...

Bakı, 15 oktyabr (AzərTAc). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi regionlarda əmək təhlükəsizliyi sahəsində tədbirlər həyata keçirir.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, bu məqsədlə qurumun baş mühəndisi İlham Əfəndiyev Şirvan, Astara, Beyləqan və Masallı rayonlarına ezam olunmuşdur. Burada o, işçilərin texniki təhlükəsizlik sahəsində bilik səviyyələrini yoxlayacaq, əməyin mühafizəsinin təşkilini araşdıracaq, həmçinin payız-qış mövsümünə hazırlıq işləri ilə maraqlanacaqdır.