54 ədəd tank əleyhinə minanın partladıcısı və 21 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - FOTO

54 ədəd tank əleyhinə minanın partladıcısı və 21 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - FOTO

2020-ci il 07-09 Dekabr tarixlərində Agentliyə Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 28 (iyirmi səkkiz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 2 (iki) müraciət daxil olmuşdur.
 

Daxil olmuş 30 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 20 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd bombacıq, 18 ədəd tank əleyhinə mina, 40 ədəd piyada əleyhinə mina, 54 ədəd tank əleyhinə minanın partladıcısı və 21 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.
 

Agentliyin partlayış qrupu tərəfindən 9 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]