Arif Hüseynovun sərgisi -

Arif Hüseynovun sərgisi

Məşhur rəssam Arif Hüseynovun "Azərbaycan nağılı" rəsm sərgisi "Xətai" miniatür sənət qalereyasında keçiriləcək. Sərginin açılışı 14 mart 18:00-da baş tutacaq. Qeyd edək ki, ötən ilin noyabr ayında Bakıda "Azerbaijan Fairy Tales" kitabının audio versiyasının təqdimatı və Azərbaycanın Xalq Rəssamı Arif Hüseynovun xüsusi olaraq kitab üçün işlədiyi əsərlərin sərgisi keçirilib.

***

Martın 14-də “Xətai” miniatür sənət qalereyasında Xalq Rəssamı Arif Hüseynovun “Azərbaycan nağılı” mövzusunda rəsm sərgisi açılmışdır.
AzərTAc xəbər verir ki, sərgidə rəssamın 45-dən çox rəsm əsəri nümayiş olunur.
İngilis dilində nəşr olunmuş “Azərbaycan nağılları” (“Azerbaijan fairy tales”) kitabının layihə rəhbəri Leyla Əfəndiyeva sərginin açılış mərasimində bildirmişdir ki, Arif Hüseynov kitabda toplanan 28 Azərbaycan nağılına 40-dan çox illüstrasiya çəkmişdir. Rəssamın böyük zəhməti bahasına hazırlanmış bu işlərə 2 ilə yaxın vaxt sərf edilmişdir. O, əsl sənətkarlıq və sevgi ilə hər bir nağıl qəhrəmanının obrazını yarada bilmişdir. Biz bu gün “Azərbaycan nağılları” kitabında yer almış həmin rəsmlərin ayrıca sərgisini qeyd edirik. Bu, olduqca sevindirir.
Mərasimdə çıxış edən Arif Hüseynov demişdir ki, nağılları bir uşaq vaxtında, bir də mən yaşda olanda oxuyurlar. İndi oxuyanda bir başqa fəlsəfə yaranır. Rəssam nağıllarımıza çəkdiyi illüstrasiyalarla yanaşı, sərgidə Novruz bayramına həsr edilmiş rəsmlərə də yer ayırdığını vurğulamışdır.
Tamaşaçılar sərgidə rəssamın özünəməxsus, orijinal bir üslubla fırçasının “gözündən” keçirdiyi nağıl qəhrəmanlarımızın obrazlar aləmi ilə yaxından tanış olmuşlar. Bu lövhələrdə uzun əsrlərdən qan yaddaşımızda bu günə daşıdığımız ədəbi irsimiz həm oxuduğumuz, həm də təxəyyülümüzdə canlandırdığımız kimi bir az real, bir az da nağılvari üslubla təqdim olunmuşdur.
Sərgi aprelin 14-dək davam edəcəkdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !