BDU ilə Qazaxıstanın Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti ilə GEOCLIC layihəsi çərçivəsində müqavilə imzalanıb

BDU ilə Qazaxıstanın Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti ilə GEOCLIC layihəsi çərçivəsində müqavilə imzalanıb

Bakı Dövlət Universiteti (BDU) Avropa İttifaqının (Aİ) 2021-2024-cü illəri əhatə edən ERASMUS+ KA2 proqramı çərçivəsində “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” (GEOCLIC)  adlı layihədə qalib olub.
 

Layihə çərçivəsində BDU ilə Qazaxıstanın Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti arasında müqavilə imzalanıb. Layihənin məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistratura və doktorantura kurrikulumlarının müasirləşdirilməsidir. Layihə çərçivəsində həmçinin, Coğrafiya fakültəsində təlim prosesinin təkmilləşdirilməsi məqsədi ilə yeni bir laboratoriyanın təsis edilməsi və müasir avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]