Anadolu Qartalı – 2021 beynəlxalq taktiki-uçuş təlimində şərti düşmən hava hədəfinin məhv edilməsi əməliyyatı keçirilib +FOTO=3

“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində şərti düşmən hava hədəfinin məhv edilməsi əməliyyatı keçirilib +FOTO=3

“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində şərti düşmən hava hədəfinin məhv edilməsi əməliyyatı keçirilib +FOTO=3

 

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.
Beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmən hava hədəfinin aşkarlanması, taktiki qaydalarla qarşısının alınması, nəzarətə götürülməsi və məhv edilməsi məqsədilə hava döyüşünün yerinə yetirilməsi əməliyyatını icra edib.
Hərbi pilotlarımız qarşıya qoyulan tapşırığı uğurla icra edib və şərti düşmən hava hədəfi məhv edilib.
Təlim iyulun 3-dək davam edəcək. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]