BDU-da Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 52-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO

BDU-da Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 52-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO

Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 52-ci ildönümünə həsr olunmuş onlayn dəyirmi masa keçirilib.
 

Dəyirmi masada Giriş nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev Heydər Əliyevin 1969-cu il iyulun 14-də ölkəmizdə siyasi hakimiyyətə gəlməsini mühüm tarixi hadisə olduğunu bildirərək qeyd edib ki, ömrünü dövlətinin, xalqının inkişafına, çiçəklənməsinə və rifahına həsr edən Ulu Öndərin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Rektor Elçin Babayev Ulu Öndərin milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində gördüyünü, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirdiyini vurğulayıb. Bildirib ki, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz onda idi ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual təbəqənin formalaşmasına çalışmışdır. Dahi və uzaqgörən şəxsiyyətin həmin dövrdə həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də respublikada milli hərbçi kadrların yetişdirilməsi istiqamətində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması idi.
 

Elçin Babayev Vətən Müharibəsində şanlı qələbəmizin əsasını təşkil edən xalq-iqtidar birliyinin təməlinin məhz Ulu Öndərin hakimiyyəti illərində qoyulduğunu vurğulayıb.
 

Milli Məclisin üzvü, BDU-nun kafedra müdiri Kamilə Əliyeva çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı, ölkə iqtisadiyyatının dirçəldilməsi, respublikanın inkişafına hesablanmış neçə-neçə layihənin həyata keçirilməsi uğurunda misilsiz xidmətlərindən söhbət açlb.
 

Daha sonra BDU-nun Tarix fakültəsinin professoru İbrahim Zeynalov “Müstəqilliyə gedən yol 1969-cu ilin iyulun 14-də Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsindən başlayır”, BDU-nun kafedra müdiri, professor İradə Hüseynova “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, Tarix fakültəsinin dekan müavini Bəxtiyar Nəbiyev “1969-1982-ci illərdə Azərbaycanın kənd təssərrüfatının inkişafında yeni mərhələ”, Tarix fakültəsinin magistrantı Ləman Əsədzadə “Milli oyanış: Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan SSRİ-də milli mənəvi dəyərlərin təbliği” mövzusunda məruzə ilə çıxış ediblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]