Yeni SOCAR İstiqrazlarının abunə yazılışına start verildi - FOTO

Yeni SOCAR İstiqrazlarının abunə yazılışına start verildi - FOTO

Bu gündən etibarən SOCAR İstiqrazlarının 2-ci buraxılışına abunə yazılışı başlandı. Abunə yazılışının müddəti 20 sentyabr tarixindən oktyabr ayının 29-dək davam edəcək.


“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılır. İstiqrazların ümumi həcmi 100 milyon ABŞ dolları təşkil edir və hər birinin nominal dəyəri 1000 (min) dollar məbləğində müəyyən olunub. İllik faiz dərəcəsi 4.5%-dir və faiz gəlirlərinin ödənişi rüblük qrafiklər əsasında həyata keçiriləcək. İstiqrazların yerləşdirilməsi 1 noyabr tarixində baş tutacaqdır.


İstiqrazlara abunə yazılışında vətəndaşlarımız, Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının ərazisində daimi və ya müvəqqəti yaşamaq icazəsinə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edə biləcəklər. Yerləşdirmədə üstünlük, ilk növbədə, fiziki şəxslərə veriləcəkdir. İstiqrazları xarici fiziki və hüquqi şəxslər isə təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər. SOCAR, istiqrazlarının təkrar bazarda likvidliyinin təmin olunması məqsədilə, marketmeyker cəlb edəcəkdir.


SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə etmək mümkündür.


Ətraflı məlumat üçün *19 99 və socarcapital.az, www.socaristiqraz.az
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]