Azərbaycan cüdoçuları Avropa Kubokunda Rüfət İsmayılov AK-nın finalında- İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Azərbaycan cüdoçuları Avropa Kubokunda Rüfət İsmayılov AK-nın finalında- İNTİQAM təqdim edir (AZpress.AZ)
Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə Avropa Kuboku uğrunda turnir keçirilir. 26 ölkədən olan 286 cüdoçunun mübarizə apardığı bəlli turnirdə ölkəmiz 11 tatami ustası ilə təmsil olunur. Birinci günü cüdoçularımız üçün uğursuz olan turnirin ikinci günü təmsilçilərimizdən ikisinin uğurlu çıxışı ilə yadda qalıb. Beləki, 81 kq-da tatamiyə çıxan Məhərrəm İmamverdiyev bürünc medal uğrunda güləşmək imkanı qazanıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Rüfət İsmayılov isə daha da uğurla çıxış edərək finala çıxıb. Bu isə o deməkdir ki, cüdoçumuz ən pis halda Avropa Kubokunun gümüş medalına sahib olacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)