Hərbi təlim toplanışına cəlb edilən hərbi vəzifəlilər tapşırıqları müvəffəqiyyətlə icra edir (+FOTO=6, +VİDEO)

Hərbi təlim toplanışına cəlb edilən hərbi vəzifəlilər tapşırıqları müvəffəqiyyətlə icra edir (+FOTO=6, +VİDEO)

Hərbi təlim toplanışına cəlb edilən hərbi vəzifəlilər tapşırıqları müvəffəqiyyətlə icra edir  

 

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı davam edir.

 

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaq məqsədilə keçirilən toplanışda müxtəlif tapşırıqlar yerinə yetirilib.

 

Tapşırıqların icrası zamanı hərbi vəzifəlilər hərbi xidmətdə qazandıqları döyüş vərdişlərini və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda silahlanmaya yeni qəbul edilmiş müasir silah, hərbi texnika və avadanlıqlardan istifadə qaydalarını mənimsəyirlər.
Təlim toplanışı noyabrın 6-dək davam edəcək.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]