Tarixi zəfərimİZin əsasları layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirildi +FOTO=9

“Tarixi zəfərimİZin əsasları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirildi +FOTO=9

“Tarixi zəfərimİZin əsasları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirildi +FOTO=9

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilati dəstəyi ilə noyabrın 6-da “Tarixi zəfərimİZin əsasları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilmişdir.

 

Tələbələr və gənclər arasında vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi istiqamətində təşkil olunmuş görüş zamanı politoloq Əli Hacızadə ekspert qismində çıxış edərək şanlı zəfərimizin diplomatik, siyasi və geopolitik aspektlərini tələbələrimizə çatdırmışdır.

 

Görüşdə Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsinin məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən yazıldığı böyük qürur hissi ilə qeyd edilib, 17 illik gərgin əməyinin nəticəsi olaraq dövlət başçısının Azərbaycanı ərazi bütövlüyünə qovuşdurduğu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdığı vurğulanıb.
Görüş zamanı politoloq Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində diplomatiya cəbhəsində uzun illərin zəhmətinin nəticəsi olan uğurlardan, böyük zəfərə gedən yoldan, regionda müharibədən əvvəl və müharibədən sonra yaranmış vəziyyətdən, sülh müqaviləsi perspektivlərindən danışmışdır. Müharibənin bitməsi ilə regionda yaranmış yeni reallıqların siyasi və geopolitik aspektləri tələblərin də aktiv iştirakı ilə müzakirə edilmişdir.

 

Qeyd edək ki, layihə çərçivəsində şanlı zəfərimizin hüquqi, tarixi, iqtisadi, siyasi, diplomatik və geopolitik aspektləri tələbələrə çatdırılmış, ekspertlərlə tələbələrin ümumilikdə görüşləri təşkil olunmuşdur.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]