"Mədəniyyət abidələri" fotosərgisi

"Mədəniyyət abidələri" fotosərgisi

İyunun 8-dən 10-a qədər LN art center-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan fotoqraflarının sərgisi keçiriləcək. Sərginin tematikası -"Mədəniyyət abidələri".

FOTO-reportaj : ELXANındır

***

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan xalqının zəngin mədəni irsinin qorunub saxlanılması, mədəniyyət abidələrinin təbliği, gənclərin foto sənətinə marağının artırılması məqsədilə “Mədəniyyət abidələrimiz” adlı respublika fotomüsabiqəsi keçirmişdir.
Müsabiqədə 16 yaşından yuxarı həvəskar və peşəkar fotoqraflar iştirak etmişlər. Müsabiqəyə fotolar (rəngli və ya ağ-qara) yalnız elektron formatda qəbul olunmuşdur. Əsasnaməyə görə, hər bir müəllif müsabiqəyə 10 ədəd foto təqdim edə bilərdi.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müsabiqəyə maraq böyük olmuş və respublikanın müxtəlif rayonlarından, şəhər və kəndlərindən 72 müəllif 598 fotoşəkil təqdim etmişdir. Mayın 16-dan 25-dək davam edən müsabiqəyə təqdim olunmuş işlər arasında qiymətləndirmə aparılmış və onların arasından 60-dək foto seçilmişdir.
İyunun 8-də “LN Art Centre” qalereyasında müsabiqə qaliblərinin təltif olunması mərasimi və seçilmiş işlərdən ibarət sərgi keçiriləcəkdir.
Müsabiqənin qaliblərinə Mədəniyyət və Turizm Nazirliyinin diplom və qiymətli hədiyyələri təqdim ediləcəkdir. Nümayiş etdirilən əsərlərin kataloqunun nəşr olunması da nəzərdə tutulur.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]