Xalq rəssamı Tahir Salahovun həyat və yaradıcılığına həsr olunmuş Диалог kitabının təqdimatı baş tutdu (AZpressAZ -B.Əqdəş, +FOTO=17)

Xalq rəssamı Tahir Salahovun həyat və yaradıcılığına həsr olunmuş “Диалог” kitabının təqdimatı baş tutdu (AZpressAZ -B.Əqdəş, +FOTO=17)

Xalq rəssamı Tahir Salahovun həyat və yaradıcılığına həsr olunmuş “Диалог” kitabının təqdimatı baş tutdu (AZpressAZ -B.Əqdəş, +FOTO=17)

 

Bakı Kitab Mərkəzində SSRİ-nin və Azərbaycanın Xalq rəssamı Tahir Salahovun həyat və yaradıcılığına həsr olunmuş “Диалог” kitabının təqdimatı baş tutdu. Kitabın müəllifi - musiqişünas, pedaqoq Raya
Abbasovadır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə nəşr olunan kitab rəssamla söhbət janrında yazılıb.
Söhbət zamanı Tahir Salahov yaşadığı çətin və şərəfli ömür, həmçinin həyatının fərqli dövrləri ilə bağlı səmimi etiraflar edir, düşüncələri ilə bölüşür. Kitab rəssamın həyat və yaradıcılığının önəmli məqamlarını əks etdirən fotoşəkillərlə, əsərlərinin reproduksiyaları ilə müşayiət olunur. Təqdimatda Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova, Xalq yazıçısı Anar, Xalq rəssamı Arif Hüseynov, Tahir Salahovun ev-muzeyinin direktoru Səadət Mirzəyeva, AR-nın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva çıxış edərək rəssam haqqında fikirlərini bölüşdü. Pianoçu Vüsal Aydəmirovun ifasında lirik musiqi gecəyə xüsusi ovqat gətirdi. Sonda müəllif Raya Abbasova kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirdi.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]