II Qarabağ müharibəsi şəhidi Tamerlan Mahmudova həsr olunmuş Xatirə konserti keçirildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=16)

II Qarabağ müharibəsi şəhidi Tamerlan Mahmudova həsr olunmuş Xatirə konserti keçirildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=16)

II Qarabağ müharibəsi şəhidi Tamerlan Mahmudova həsr olunmuş Xatirə konserti keçirildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=)

 


6 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın tələbəsi olmuş və ll Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan Tamerlan Mahmudova həsr olunmuş Xatirə konserti keçirildi.

 

Qeyd edək ki, xatirə konserti Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə ərsəyə gətirilmişdir.
Tədbirdə çıxış üçün söz SSRİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyliyə, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına Bakı Musiqi Akademiyasının müdiri Nazim Kazımova, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanova, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Əməkdar incəsənət xadimi, l Qarabağ müharibəsinin veteranı Əlibala Rzayeva verildi. Hər biri öz növbəsində şəhid T.Mahmudovun istedadlı musiqiçi, vətənə bağlılığı, ll Qarabağ müharisinə könüllü olaraq qoşulması, qəhrəmanlığı haqqında təəssüratlarını bölüşdülər.

 

Anım tədbirində şəhidin yaxın ailə üzvü Aygün Cabbarova da çıxış edərək, Tamerlanın xətirəsinin əziz tutulduğu, ruhunun yad edildiyi üçün Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli başda olmaqla, bütün tədbir təşkilatçılarına dərin təşəkkürünü bildirdi.
Ardınca T.Mahmudova həsr olunmuş video-çarx təqdim olundu.
Daha sonra söz musiqiyə verildi.

 

Xatirə konsertində Azərbaycan Respublikasının Xalq artisti, tanınmış skripkaçı Zəhra Quliyevanın bədii rəhbəri olduğu "Detaşe" violinoçular ansamblı və Əməkdar incəsənət xadimi Əlibala Rzayevin dirijorluğu ilə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri çıxış etdi.

 

İstedadlı musiqiçilərin ifasında Frans Şubertin "Ave Maria", Səid Rüstəmovun "İntizar", Fərhad Bədəlbəylinin "Zəfər" marşı, Qara Qarayevin "Azərbaycan marşı", İohan Ştrausun "Radetski" marşı, Üzeyir Hacıbəylinin "Arazbarı ritmik muğamı", Tofiq Quliyevin "Görüş" kinofilmindən Vals, James Hornerin "Zorro maskası", Alan Silvestrinin "Kapitan Amerika" marşı, Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət "Fantaziya" və Əlibala Rzayevin "Zəfər sevinci" əsərləri səsləndirildi.
Şəhid Tamerlan Mahmudovun xatirəsinə həsr olunmuş konsert tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]