Qazaxıstan səfiri Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini ilə görüş keçirmişdir

Qazaxıstan səfiri Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini ilə görüş keçirmişdir

Qazaxıstanın Bakıdakı Səfiri Serjan Abdıkarimov Azərbaycan Respublikasının Milli Məclis Sədrinin Müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun rəhbəri Adil Əliyevlə görüş keçirib və Prezident Kasım-Jomart Tokayev adından ona Qazaxıstan-Azərbaycan münasibətlərin inkişafında verdiyi mühüm töhfələrə görə minnətdarlıq rəmzi kimi “Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyi” yubiley medalını təqdim edib.


Diplomat eyni zamanda iki xalq arasında dostluğun və qarşılıqlı anlayışının inkişafı məqsədilə Qazaxıstan Xalq Asambleyasının (QXA) Dostluq Elçisi patentini deputata təqdim edib.


Danışıq zamanı həmsöhbətlər parlamentlərarası əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi, o cümlədən, Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi ilə əlaqədar cari ildə ikitərəfli səfərlərin və tədbirlərin hazırlığını və keçirilməsini məsələlərini müzakirə ediblər.


QXA Dostluq Elçisi müxtəlif xalqları birləşdirən xalq diplomatiyasının institutudur. Bu yüksək və fəxri ad xalqlar arasında dostluğun möhkəmləndirilməsinə böyük töhfə verən nüfuzlu ictimai və dövlət xadimlərə etibar edilir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]