Nazim Məmmədovun xatirə sərgisi -

Nazim Məmmədovun xatirə sərgisi

İyul ayının 3-də, “Art Villa” qalereyasında,SSRİ Rəssəmlar İttifaqının üzvü, SSRİ kinomotografçılar birliyinin üzvü rejissor-rəssam Azərbaycan multiplikasiyasının banisi Nazim Məmmədovun xatirə sərgisi olacaq. Sərgi Art Councıl Azerbaijan təşkilatı tərəfindən Nazim Məmmədovun ad günü münasibəti ilə təşkil olunub. Sərgidə 30 yaxın rəngarlıq əsərləri ilə yanaşı animasiya filmlərinin nümayişi olacaq.
Arts Council Azerbaycan təşkilatının bu sərgini keçirməkdə əsas məqsədlərindən biri də, sözsüz ki, gənc nəslin incəsənətə olan marağlarını dahada artırmaqdır, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.
Xüsusi Fotomüxbir:Ceyhun Elçinoğlu (AzPRESS.az)

***

 

“Art Villa” qalereyasında mərhum rejissor-rəssam Nazim Məmmədovun xatirə sərgisi açılmışdır.
AzərTAc xəbər verir ki, sərgi “Art Councıl Azerbaijan” təşkilatı tərəfindən Nazim Məmmədovun doğum günü münasibətilə təşkil olunmuşdur.
Tədbirdə çıxış edənlər Nazim Məmmədovun ömür yolundan və zəngin yaradıcılığından söz açmışlar.
Bildirilmişdir ki, N.Məmmədov uzun illər kinostudiyada çalışmış və qabaqcıl multiplikatorlardan biri olmuşdur. Bununla yanaşı, o, həmçinin uşaq kitabları üzərində də işləmişdir. Onun Xocalı faciəsinə həsr edilmiş çox sayda əsərləri vardır.
Diqqətə çatdırılmışdır ki, 1934-cü ildə Bakıda anadan olan N.Məmmədov 1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1961-ci ildə Moskvada “Soyuzmultfilm”də rəssam-multiplikator üzrə kurs bitirmişdir. Həmin ildən də C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor-multiplikator vəzifəsində çalışmışdır. O, ilk dəfə 1988-ci ildə respublikada beşhissəli “Göyçək Fatma” cizgi film-operasını yaratmışdır. 1995-ci ildə “Avanqard” adlı ilk fərdi sərgisi baş tutmuşdur.
Nazim Məmmədov 2004-cü ildə oktyabrın 29-da Bakıda vəfat etmişdir.
Sərgidə rəssamın 30 yaxın rəngkarlıq əsərləri ilə yanaşı, animasiya filmləri də nümayiş olunmuşdur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !

https://www.facebook.com/wwwazpressaz
https://www.instagram.com/azpress.az/

=================================================================
=================================================================
=================================================================
 
TƏSİSÇİ və BAŞ REDAKTOR :
R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 
e-mail:  
 
WhatsApp:
https://wa.me/994503311111