Baku Galeries Festival və "2013" sərgisi -

Baku Galeries Festival və "2013" sərgisi

Baku Creative Center-in təşkilatçılığı ilə “Baku Galleries Festival” 4 mart tarixindən -1 iyun tarixinədək keçiriləcək. Festivalın təntənəli açılış mərasimi və ilk sərgi təqdimatı 4 mart saat 18:00-da Baku Creative Center –də “2013” adlı sərgi ilə baş tutacaq. Ekspozisiyada Azərbaycan kolleksionerlərinin şəxsi kolleksiyalarında saxladıqları işlər nümayiş olunacaq.

“2013” – kolleksionerlərin zəngin bədii irs təşkil edən sənət incilərinin bu günki 2013-cü ilə qoruyaraq gətirib çıxartdıqlarını, eləcə də ənənə halını alması nəzərdə tutulan “Baku Galleries Festival”-ın keçirilməsinin ilk ilini simvolizə edən rəqəmdir ki, sərginin adı qismində seçilib.

“2013” sərginin ekspozisiyasına Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Tağı Tağıyev, Mahmud Tağıyev, Xalidə Səfərova, Tahir Salahov, Maral Rəhmanzadə, Mircavad Cavadov, Rasim Babayev, Əşrəf Murad, Hüseyn Haqverdiyev, Bəhram Xəlilov, Gennadiy Brijatük, Zakir Hüseynov, Nazim Məmmədov, Ağəli İbrahimov, Fərman Qulamov, Qəyyur Yunus, Firdovsi Atayevin işləri daxil edilib.

 

****

 

“Baku Galleries Festival” Baku Creative Center-in yeni layihəsidir. Layihə 4 mart – 1 iyun tarixlərini əhatə edir və Bakı şəhərinin bütün qalereyalarını əhatə edir. 4 mart tarixindən etibarən may ayının sonuna kimi hər növbəti həftənin bazar ertəsi, saat 18:00-da əvvəlcədən festival planında təstiqlənmiş qalereyalarda sərgi təqdimatları keçiriləcək.
“Bakı Qalereyalar Festivalında” “Baku Creative Center”, “Bakı”, “Xətai Miniatür Mərkəzi”, “Art Villa”, “Yeni qallery”, “Muzey Mərkəzinin” sərgi salonu, “Kiçik qala”, “Yay!”, “LN art”, “Qız qalası”, “Müasir İncəsənət Mərkəzi”, “Art group” və “Nar gallery” iştirak edirlər.
“Baku Galleries Festival”-nın keçirilməsinin əsas məqsədi Bakida qalereya həyatını canlandırmaq, yaradıcı şəxsləri bir araya gətirib ümumi iş ətrafında birləşdirmək, festival vasitəsilə sadə insanlarda incəsənətə maraq yaratmaq və bütün bunların nəticəsində sənətsevərlər üçün əsl incəsənət bayramı təşkil etməkdir. O cümlədən, festival öz növündə Bakıda ilk dəfə keçirilməsi ilə əlaqədar olaraq, ənənəvi xarakter alması da nəzərdə tutulur.
Festival təntənəli açılış mərasimi və festival çərçivəsində ilk sərginin təqdimatı Baku Creative Center-in “2013” sərgisi ilə baş tutacaq. Ekspozisiyada Azərbaycan kolleksionerlərinin şəxsi kolleksiyalarında saxladıqları işlər nümayiş edilir.
“2013” sərginsinin ekspozisiyasında Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Tağı Tağıyev, Mahmud Tağıyev, Xalidə Səfərova, Tahir Salahov, Maral Rəhmanzadə, Mircavad Cavadov, Rasim Babayev, Əşrəf Murad, Qorxmaz Əfəndiyev, Gennadiy Brijatük, Zakir Hüseynov, Nazim Məmmədov, Ağəli İbrahimov, Namiq Məmmədov, Fərman Qulamov, Qəyyur Yunus, Firdovsi Atayevin rəngkarlıq tabloları və qrafika işləri təqdim olunub.
“2013” – kolleksionerlərin zəngin bədii irs təşkil edən sənət incilərinin bu günki 2013-cü ilə qoruyaraq gətirib çıxartdıqlarını, eləcə də ənənə halını alması nəzərdə tutulan “Baku Galleries Festival”-ın keçirilməsinin ilk ilini simvolizə edən rəqəmdir ki, sərginin adı qismində seçilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !