"Dünya sənin, Dünya mənim" sərgisi -

"Dünya sənin, Dünya mənim" sərgisi

"Dünya sənin, Dünya mənim" müasir incəsənət sərgisi "Kichik QalArt Gallery"də keçiriləcək. Bu sərgi bir eksperimentdir, sərbəst bir incəsənət növünün sərgi salonunun çərçivələrinə sığması cəhdidir. Hətta bir evsizin də gözlərinə görünənləri tamaşaçıların analizi üçün təqdim etmək, çirkli bir incəsənət növünü sərgi salonunun təmiz divarlarına yazmaq? Bizim eksperimentimizin başqalarından fərqi ondan ibarətdir ki, rəssamların qarşısında heç bir mövzu qoyulmamışdır – biz sadəcə küçələrin, tualetlərin və həyətlərin divarlarını sanki qalereyanın daxilinə çevirərək tamaşaçıya küçənin alt paltarını göstəririk. Bu kompozisiya şifahi yaradıcılığının yeni bir növü olan SMS ilə yekunlaşdırılır. Bu mətnlər nə sevgi məktubları, nə də məhəbbət mahnılarıdır! Yox! 21-ci əsrin incəsənəti açıq mənalı yazışmalardır – seksual inqilab sanki sel kimi məhəbbət romantikasını basdı. Dünya əyləcsiz qabağa gedir və romantikaya sadəcə vaxt qalmır. Çirkli səmimiyyətin qalereya təmizliyi ilə kəskin qarşıdurması məhz bizim eksperimentimizdir, ilk daş üstü rəssamların sənəti azadlığı ilə hər sərgiyə məxsus olan estetik hissəsinin uyğunlaşdırılması bir cəhdidir.

Sərginin kuratoru -Faiq Əhməd, Rəssam
Sərginin iştirakçıları: Fərhad Fərzəliyev, Lalə Qasım, Yunis Krılov, Emil Məcnunov.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !